“Sədərək”dəki yanğında 20-dən çox adam zəhərlənib - RƏSMİ
10:25 05.08.2019
Arxiv
472
Fövqəladə Hallar Nazirliyi (FHN) “Sədərək” ticarət mərkəzində baş verən yanğınla bağlı növbəti açıqlama yayıb.
"Sherg.az"ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, avqustun 4-də saat 16:29-da “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 25 texnikası, 120 nəfərlik şəxsi heyətdən ibarət yanğın bölmələri hadisə yerinə cəlb olunub. “2-ci çağırış”la hadisə yerinə yanğısöndürənlərlə bərabər FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin 43 nəfər şəxsi heyəti və 7 texnikası cəlb olunub.
Yanğın nəticəsində ümumi sahəsi 1600 m2 oan müxtəlif təyinatlı sənaye malları anbarının yanar konstruksiyaları və içərisindəki mallar 900 m2 sahədə yanıb. Yanğından anbarın qalan hissəsi və bitişik anbarlar mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən saat 19:43 dəqiqədə məhdudlaşdırılıb və saat 23:30-da söndürülüb.
Yanğın zamanı 16-si FHN əməkdaşı olmaqla 26 nəfər tüstüdən zəhərlənib. Onlardan 17 nəfər (12 nəfər FHN əməkdaşı, 4 nəfər polis, 1 nəfər tibb işçisi) Respublika Toksikologiya Mərkəzinə aparılıb, tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 9 nəfərə yerində (“Sədərək” ticarət mərkəzinin ərazisində) tibbi yardım göstərilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi