“Səfəvilər Azərbaycan dövlətçiliyinin əsasını təşkil edir”

“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupu müzakirəyə maraqlı mövzu çıxarıb



"Oğuz” Müstəqil Araşdırmaçılar Qrupu "Azərbaycan Səfəvilər dövləti milli kimliyimizdə başlıca amil olaraq” mövzusunda MQF Bakı QHT Resurs və Təlim Mərkəzində "dəyirmi masa” keçirib.

"Oğuz” MAQ rəhbəri Vüqar Zifəroğlunun sözlərinə görə, rəhbərlik etdiyi fikir mərkəzi mütəmadi şəkildə milli kimliyimiz və mənəvi dəyərlərimizin təbliğatı ilə bağlı müxtəlif mövzularda tədbirlər təşkil edir və bu "dəyirmi masa” da onlardan biridir. MAQ rəhbəri ilin sonunadək bir neçə belə tədbir keçirməyi planlaşdırdıqlarını da vurğulayıb. Daha sonra mövzu ilə bağlı çıxış edən tarix elmləri üzrə fəlsəfə doktoru Əkbər Nəcəf qeyd edib ki, istər Səfəvi xanədanının təməlində, istərsə də Səfəvilər İmperiyasının özülündə türk amili mühüm yer tutur: "Səfəvilər Azərbaycan dövlətçiliyinin əsasını təşkil edir və milli kimliyimizin başlıca dəyər nöqtələrindən biridir”. Tədbir çərçivəsində Səfəvilər barədə bugünədək geniş elmi ictimaiyyətə açıqlanmamış bir sıra maraqlı məsələlərə də toxunulub. Sonda isə "Oğuz” MAQ İdarə Heyətinin üzvü, araşdırmaçı Ceyhun Bayramlı birliyin mövzu ilə bağlı hazırladığı slaydı təqdim edib.

Şəymən