Şəfiqə Məmmədovaya yeni vəzifə verildi
11:25 25.06.2019
Arxiv
668
Şəfiqə Məmmədova Akademik Musiqili Teatrda müsabiqə komissiyasına rəhbərlik edəcək.
Lent.az məlumat verir ki, bu barədə Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bu barədə media nümayəndələrinə açıqlama verib:
"Teatrımız hər il kollektivimizə işçi qəbulu üçün müsabiqə elan edir, istedadlı gənclərin üzə çıxarılmasına və işə qəbulu ilə bağlı onlara şərait yaradır. Ötən ay elan etdiyimiz müsabiqədə onlarla gənc sənəd verib. Sevindirici haldır ki, iddiaçılar arasında təcrübəli aktyorlar, hətta Əməkdar artistlər də vardır. Biz gələn ay növbəti seçim turuna başlayacağıq ki, sentyabr ayında – 110-cu mövsümündə teatrımızı gənc kadrlarla təmin edə bilək.
Ümumiyyətlə, teatrın xor, balet, orkestr və aktyor heyətinə yeni istedadların cəlb olunması teatra yeni nəfəs gətirir, maraqlı tamaşaların ərsəyə gəlməsinə imkan yaradır. Akademik Musiqili Teatrla sıx əlaqəsi olan teatr və kino sənətimizin görkəmli nümayəndəsi, Xalq artistimiz, Dövlət Mükafatlatı Laureatı, böyük aktrisamız Şəfiqə Məmmədova həmişə bizim fəaliyyətimizlə yaxından maraqlanır, məşq proseslərini və tamaşalarımızı izləyir. Builki müsabiqə komissiyasına belə bir sənətkarımızın rəhbərlik etməsi bizim üçün də yeni prespektivlər açır. Şadıq ki, o, xahişimizi böyük məmnuniyyətlə qəbul etdi.
Ümid edirəm ki, Şəfiqə xanımın rəhbərliyi ilə keçiriləcək bu müsabiqənin nəticələri daha da uğurlu olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Hörmüzlə bağlı qərarını dəyişdi: “İranı çox sərt vururuq”
23:12 14.07.2026
Gündəm
İranın Keşm adasında partlayışlar baş verib
22:59 14.07.2026
Dünya
ABŞ və İran arasında heç bir real razılaşma əldə olunmayıb - ŞƏRH
22:29 14.07.2026
Gündəm
Norveç Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq etdi
22:02 14.07.2026
Dünya
Bu marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
21:49 14.07.2026
İnfrastruktur
TRT-nin Bakı nümayəndəliyinə yeni rəhbər təyin edildi
20:20 14.07.2026
Dünya
"Qəbələ" ilk yoxlama görüşündə "Kəpəz"i məğlub etdi
20:09 14.07.2026
Futbol
Küveyt ordusu: Düşmənin hava hədəfləri zərəsizləşdirilir
19:58 14.07.2026
Dünya
Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək
19:42 14.07.2026
Dünya
"Barselona" "Kamp Nou"nu tərk edir: UEFA qaydaları və yeni stadion
19:26 14.07.2026
Futbol
Ərdoğan Qətərə səfər etdi
19:19 14.07.2026
Gündəm
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək
19:12 14.07.2026
Hadisə
Gəncədə altı nəfər qidadan zəhərləndi
18:58 14.07.2026
Hadisə