Şəhid bacısı razılıq etdi: "Sosial şəraitimiz və ya sosial müdafiəmiz yaxşılaşdırılır”



"Ölkə başçısı şəhid ailələrinə böyük diqqət və qayğı göstərir”. Bu sözləri Şəmkirdən şəhid hərbi qulluqçu Xasməmmədov Fazil Əjdər oğlunun vərəsəsi olan bacısı Məmmədova Aybəniz deyib.

 Şəhid vərəsəsi prezidentin bu humanist addımının bütün şəhid ailələri tərəfindən məmnunluqla qarşılandığını diqqətə çatdırıb. Şəhid bacısı olması ilə fəxr edən xanım Azərbaycanda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin problemlərinin həlli istiqamətində atılan digər addımları da yüksək qiymətləndirir: 

"Şəhid ailələrinə göstərdiyi bu yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə öz adımdan və ailəmiz adından təşəkkürümü bildirirəm. Fikrimcə, ölkə başçısının bu addımı gənclərdə vətənpərvərlik ruhunun daha da yüksəlməsinə xidmət edir. Bu dəstək sosial şəraitimizi və ya sosial müdafiəmizi yaxşılaşdırır”. 

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Və artıq bu ödmələrə start verilib.


Şəymən