Şəhid vərəsəsi: "Prezidentin şəhid ailələrinə birdəfəlik yardımı hər birimizin maddi rifahını yaxşılaşdırdı"



"Ölkə başçısı heç vaxt şəhid ailələrindən öz qayğısını əsirgəməyib”. Bu sözləri "Sherg.az”a Ağdamdan olan şəhid Həsənov Telman Xasay oğlunun qardaşı Həsənov Şirvan Xasay oğlu deyib.

O bildirib ki, prezidentin imzaladığı fərman onun humanist addımının göstəricisidir:

"Cənab prezidentimizə göstərdiyi qayğıya görə dərin minnətdarlığımızı bildiririk. Ölkə başçısının bu addımı xalqımızda vətənpərvərlik ruhunun daha da yüksəlməsinə şərait yaradır. Prezidentin şəhid ailələrinə birdəfəlik yardımı hər birimizin maddi rifahını yaxşılaşdırdı. Bütün bunlar dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğının nümunəsidir. Bir daha cənab prezidentə ailəmiz adından təşəkkürlərimi bildirirəm. Bundan sonra dövlətimiz inkişaf edəcək və biz çiçəklənən Azərbaycan uğrunda irəli gedəcəyik”.

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Və artıq bu ödmələrə start verilib.

Yeganə Bayramova