"Şəhidimizin cəsədinin Ermənistanda qalması hamını narahat edirdi"




"Əsgər şəhidimiz Çingiz Qurbanovun nəşinin Ermənistanda qalması bütün Azərbaycan xalqını narahat edirdi. Amma möhtərəm prezidentimiz bu narahatlığa son qoydu".

Bu barədə Sherg.az-a Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov bildirib.

Onun sözlərinə görə, ölkə başçısının apardığı uğurlu siyasətin nəticəsi olaraq bütün beynəlxalq təşkilat və institutlarla iş aparıldı və əsgər şəhidimizin nəşi qaytarıldı: 

"Ölkəmizin bütün taleyüklü məsələləri prezidentin nəzarətindədir. Bütün məmurlar da ölkə başçısının tapşırıqlarını icra edir. Möhtərəm prezidentimiz bütün vətəndaşlara eyni münasibət sərgiləyir. Sonuncu fakt isə bir daha sübut etdi ki, Azərbaycan prezidenti öz xalqına, vətəndaşına daim sahib çıxır. Allah əsgərimizə rəhmət eləsin, ailəsinə baş sağlığı verirəm"

Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı il dekabrın 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlunun nəşi dünən Ermənistandan geri alınaraq ölkəmizə qaytarılıb.

Ayyət Əhməd