Şəhidin anası təqdir edir: "Prezident hər zaman bizə qayğı göstərib"





"Ölkə başçısı  İlham Əliyev şəhid ailələrinə, qazilərə və Qarabağ əlillərinə  hər zaman böyük diqqət göstərib”

Bunu "Sherg.az"a Tərtədən olan şəhid Məmmədov Fəxrəddin Sabir oğlunun anası Məmmədova Qənirə Bəhlul qızı söyləyib. 

Şəhid anası diqqətə çatdırıb ki, Prezidentin bu humanist qərarı təqdirəlayiqdir:

"Allah prezidentimizin və xanımı Mehriban Əliyevaya möhkləm can sağlığı versin. Ölkə başçısının bu humanist addımının bizə çox böyük dəstəyi oldu. Prezident hər zaman bizə qayğı göstərib. Bu dəstək sosial şəraitimizi və ya sosial müdafiəmizi yaxşılaşdırır. İndi də şəhid aillərində birdəfəlik 11 min manat ödəniş olunur. Bu, çox yaxşı addımdır. Prezidentə təşəkkür edirəm”.

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Və artıq bu ödmələrə start verilib.

Ayyət Əhməd