Şəhidin həyat yoldaşı: "Ali baş komandan həmişə şəhidlərin xatirəsini əziz tutur"




"Prezident İlham Əliyev heç vaxt şəhidləri yaddan çıxarmayıb”.

Bunu "Sherg.az"a Bakı şəhərindən olan şəhid Sultanov Zakir Abdulhəsən oğlunun həyat yoldaşı Sultanova Sevda Buxsay qızı bildirib.

Şəhid vərəsələri üçün nəzərdə tutulan birdəfəlik 11 min manatı aldığını söyləyən S.Sultanova bildirib ki, dövlət başçısının bu humanist addımını bütün Azərbaycan xalqı alqışlayır:

"Prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva daim Azərbaycan xalqına diqqət və qayğı göstərir. Hər zaman şəhidlərin xatirəsini əziz tuturlar. İndi də cənab Prezident bütün şəhid ailələrinə 11 min manatlıq birdəfəlik ödəmə edir. Ölkə başçısının bizlərə bu cür qayğı göstərməsinə sevinirik və ali baş komandana minnətdarlığımı bildirirəm".

S.Sultanova onu da əlavə edib ki, şəhid ailələrinə birdəfəlik 11min ödəmənin edilməsi sosial şəraitlərinə müsbət təsir göstərib:

" Bir sıra maddi çətinliklərimizi yoluna qoyduq. Bu təşəbbüsə görə, bir daha cənab Prezidentə təşəkkür edirəm”.

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Və artıq bu ödmələrə start verilib.

Kənan Eynuroğlu