Şəhidin həyat yoldaşı:"Bu diqqət və qayğıya görə, Prezidentə minnətdaram”





"Prezident İlham Əliyevin şəhidlərə, şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət gənc nəsildə vətənpərvərlik ruhunu daha da gücləndirir".

Bunu "Sherg.az"a Ağdan rayonundan olan şəhid Səfərov Yaşar Saday oğlunun həyat Səfərova Ətlas İdris qızı bildirib.

Şəhid vərəsələri üçün nəzərdə tutulan birdəfəlik 11 min manatı aldığını deyən Ə.Səfərova qeyd edib ki, cənab Prezidentin bu addımı onun xalqına, millətinə olan sevgisindən irəli gəlir:

"Allah cənab prezidentin canını sağ eləsin. Ölkə başçısı şəhid ailələrinə və qazilərə hər zaman diqqət, qayğı göstərib. İnanıram ki, bu dəstək gələcəkdə də göstəriləcək. İndi də şəhid aillərinə birdəfəlik 11 min manat ödəniş olunur . Bu vəsait sosial şəraitimiz yaxşılaşmasında böyük rol oynayacaq. Bir çox problemimizi həll edəcəyik. Bü cür diqqətə, qayğıya görə, cənab Prezidentə minnətdaram”.

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Və artıq bu ödmələrə start verilib.

Ayyət Əhməd