Şəhidin qardaşı: "Dövlət hər zaman şəhid ailələrinə dəstək göstərir"





"Cənab Prezidentin bu addımı Azərbaycan xalqını qürurlandırır”.

Bunu "Sherg.az"a 1992-ci il də Kəlbəcər rayonundan olan şəhid Qurbanov Akif Sabir oğlunun qardaşı Qurbanov Rafiq Sabir oğlu bildirib.

Şəhid vərəsələri üçün nəzərdə tutulan birdəfəlik 11 min manatı aldığını deyən R.Qurbanov qeyd edib ki, hər zaman dövlətin şəhid ailələrinə dəstəyinin şahidi olur:

" Allah Prezident İlham Əliyevin canını sağ eləsin. Şəhid qardaşı kimi ölkə başçısının şəhid ailələrinə göstərdiyi qayğıya görə, ona minnətdaram. Ailəmin adından cənab Prezidentə təşəkkür edirəm. Bu yaxınlarda 11min manatlıq ödənişi aldım. Hər bir şəhid ailəsi kimi biz də həmin ödənişdən yararlandıq. 11 min manat bizim sosial şəraitimizi daha da yaxşılaşdırdı. 11 min manat bir kasıb ailə üçün böyük məbləğdir”.

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Və artıq bu ödmələrə start verilib.

Kənan Eynuroğlu