Şəhidin qızı:"Prezidentin bu dəstəyi ictimaiyyətdə rəğbətlə qarşılandı"




"Şəhid ailəsi olaraq hər zaman cənab Prezidentin qayğısını, diqqətini hiss etmişik”.

Bunu "Sherg.az"a Gəncə şəhərindən olan şəhid Nuruyev Ayaz Yusif oğlunun qızı Nuruyeva Qönçə Ayaz qızı bildirib.

Şəhid vərəsələri üçün nəzərdə tutulan birdəfəlik 11 min manatı aldığını deyən Q.Nuruyeva qeyd edib ki, şəhid qızı olaraq cənab Prezidentin bu təşəbbüsündən qürur duyur:

"Öncə,ölkə başçısına belə bir addım atdığına görə, minnətdarlığımı bildirirəm. Atam və atam kimi vətən uğrunda canlarından keçən şəhidlərin ailəsinə cənab Prezidentin bu diqqəti xalq arasında böyük rəğbətlə qarşılandı. 

Bütün bunlara görə, Prezidentə təşəkkür edirəm. Allahdan cənab Prezidentə və ailəsinə uzun ömür, can sağlığı diləyirəm. Ötənlərdə 11 min manatlıq birdəfəlik ödənişi aldım. Həqqiqətən də bu ödəniş bizim sosial şəraitimizə çox müsbət təsir göstərdi. Bu dəstəyə görə, cənab Prezidentə bir daha təşəkkür edirəm". 

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Və artıq bu ödmələrə start verilib.

Kənan Eynuroğlu