Əslində, bu hadisədə cinayət tərkibi var. Küçədə ürəyi tutan şəxsə yaxınlıqda olan həkim qəsdən yardım etməyibsə, bu, cinayətdir, bir nəfərin ölümə tərk edilməsinə bərabərdir. Tutaq ki, həmin şəxs heç Azərbaycan vətəndaşı deyil, əcnəbidir. Yıxılıb, ölməlidirmi? Dünyanın heç bir ölkəsində təcili hallarda həkimlər vəzifə borcunu yerinə yetirməkdən boyun qaçırmırlar”.
"Səhiyyə sahəsində həkimlik andı, vicdan duyğusu yaddan çıxıb” - HƏKİM
11:53 28.06.2018
Arxiv
687
"Səhiyyə sahəsində maddiyyat o qədər önə keçib ki, həkimlik andı, vicdan duyğusu yaddan çıxıb”.
Bunu "Sherg.az”a Bakıda yerləşən "Yeni Med” adlı özəl klinikanın qarşısında halı pisləşən şəxsə klinika işçilərinin yardım əli uzatmamaasından danışarkən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, həkim Sərdar Cəlaloğlu deyib.
Onun sözlərinə görə, mənəvi dəyərlərin aşağılanması, arxa plana keçməsi bütün sahələrdə hiss olunur:
"Həkimi kənara qoyuram, adi vətəndaşlar belə vəziyyətdə həmin şəxsə yardım etməli idilər. Amma bəzi hallarda heç kim yaxınlaşıb, narahatlıq keçirən şəxsə yardım etmir. Cəmiyyətimizdə mənəvi deqradasiya var. Bütün bu cür hadisələr də məhz yaranmış situasiyanın nəticəsidir.
Əslində, bu hadisədə cinayət tərkibi var. Küçədə ürəyi tutan şəxsə yaxınlıqda olan həkim qəsdən yardım etməyibsə, bu, cinayətdir, bir nəfərin ölümə tərk edilməsinə bərabərdir. Tutaq ki, həmin şəxs heç Azərbaycan vətəndaşı deyil, əcnəbidir. Yıxılıb, ölməlidirmi? Dünyanın heç bir ölkəsində təcili hallarda həkimlər vəzifə borcunu yerinə yetirməkdən boyun qaçırmırlar”.Qeyd edək ki, sosial şəbəkələrdə metronun "20 Yanvar” stansiyasının yaxınlığındakı "Yeni Med” klinikasının önündə yaşlı kişinin ağır vəziyyətdə olması və ona yardım göstərilməməsinin görüntüsü yayılıb. Hadisə şahidinin sözlərinə görə, vətəndaşlar dəfələrlə klinikadakı həkimlərə kömək etmələri üçün müraciət etsələr də, ilkin tibbi yardım edən olmayıb. Ürəyi dayanan kişiyə ilkin tibbi yardımı vətəndaşlar göstərib, ancaq vətəndaşın həyatını xilas etmək mümkün olmayıb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət