Sənədlərini itirənlərin nəzərinə: 10 sənəd sahibini gözləy
17:25 10.01.2019
Arxiv
314
Bu günə qədər "Azərpoçt" MMC-nin filial və şöbələrində 1132 itirilmiş sənəd qəbul olunub.
Trend-in MMC-yə istinadən verdiyi məlumata görə, sahibinə çatdırılan sənədlərin sayı 358, aidiyyəti üzrə qurumlara təhvil verilən sənədlərin sayı isə 764-dür.
Hazırda poçt filialları və şöbələrində 10 sənəd sahibini gözləyir. Sənədini itirmiş şəxs "Poçtap” xidmətinin internet səhifəsindən - http://www.pochtap.az, "169” saylı telefon mərkəzindən və ya istənilən poçt şöbəsindən sənədinin tapılıb-tapılmamasını öyrənə və tapılmadığı təqdirdə itirilən sənədlə bağlı elan yerləşdirə bilər. Belə ki, http://www.pochtap.az internet səhifəsində "Sənədimi itirmişəm” bölməsini seçməklə müvafiq xanalara zəruri məlumatları daxil edərək itirilən sənəd barədə elan yerləşdirmək mümkündür. Bundan başqa, itirilən sənədlə bağlı "Poçtap” xidmətinin bazasında məlumatın olması, sənədin hazırkı statusu, hansı poçt filial və şöbəsində olması, saxlama müddəti ilə bağlı məlumat almaq üçün "Axtar” bölməsinə müvafiq məlumatları daxil edərək axtarış etmək mümkündür. Əgər itirilmiş sənəd tapılıbsa və sistemdə görünürsə, dövlət rüsumunu ödədikdən sonra vətəndaş "169” Çağrı mərkəzinə zəng edərək tapılmış sənədi ona yaxın poçt məntəqəsinə yönləndirə bilər. Sonda vətəndaş yönləndirdiyi poçt məntəqəsindən gedib sənədini götürə bilər.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərpoçt” MMC "Poçtap” layihəsi çərçivəsində Bakı Şəhər Baş Polis İdarəsi, "Bakı Metropoliteni" QSC, "Təmiz Şəhər" ASC və "BakuBus” MMC ilə əməkdaşlıq edir. İmzalanan memoranduma əsasən, adıçəkilən qurumlar "Poçtap” xidmətini dəstəkləmək, daim əlaqəli işləmək, əməkdaşlar tərəfindən tapılan sənədləri poçt inkassasiyasına təhvil vermək, eləcə də vətəndaşları "Poçtap” xidməti barədə məlumatlandırmaq üzrə öhdəliklər götürüblər. Hazırda "Poçtap" çərçivəsində birgə əməkdaşlıq üçün yeni qurumlarla danışıqlar aparılır.
Qeyd edək ki, "Poçtap" xidməti çərçivəsində sənədi tapılan şəxslər xidmət haqqı ödəyərək, sənədi poçt şöbələrindən və "Şəbəkə" xidmət mərkəzlərindən təhvil ala və ya telefon mərkəzinə müraciət edərək özünə yaxın poçt şöbəsinə çatdırılmasını sifariş edə bilər. "Poçtap” xidməti çərçivəsində sənədi tapılan şəxslər 1 manat 80 qəpik xidmət haqqı ödəyərək onu təhvil ala bilər. Sənədin poçt müəssisələrində saxlanılma müddəti 30 gündür. Sənədin hər hansı ünvana çatdırılması lazım gəldikdə çatdırılma rüsumu "Azərekspresspoçt"un xidmət tariflərinə uyğun hesablanır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol
Azad edilmiş ərazilərdə ötən ay 635 mina, 2724 PHS aşkarlanıb
11:07 01.09.2026
Aktual
Ötən gecə Bakıya dolu düşüb, leysan olub - FAKTİKİ HAVA
10:41 01.09.2026
Ekologiya
Azərbaycan XİN Özbəkistanı Milli Günü münasibətilə təbrik etdi
10:39 01.09.2026
Gündəm