Şənlikdən qayıdan ailə dəhşətli qəzaya düşdü: Ölənlər var
11:45 17.01.2016
Arxiv
630
Faktla bağlı cinayət işi açılıb
Sumqayıtda baş verən dəhşətli qəzada vəfat edənlərin sayı 2-yə çatıb. Lent.az-ın məlumatına görə, Sumqayıt şəhəri Heydər Əliyev prospektində "VAZ 21015" ilə "Geely" markalı minik avtomobillərinin toqquşması nəticəsində ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilən yaralılardan Orucova Tutu Ədalət qızı həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.
Lent.az-ın məlumatına görə, qəzada dünyasını dəyişən Vüsal Orucov veb-proqramçı və bir neçə saytın təsisçisi olub. O, həm də Avropa Azərbaycan məktəbində dərs deməyə başlayıbmış. Onun qəzada yaralanan qardaşı Vüqar Orucov isə model və dizayner kimi fəaliyyət göstərir.
Qeyd edək ki, dünyasını dəyişən Tutu Orucova Vüqar Orucovun həyat yoldaşıdır.
Vüsal Orucovun tək və qardaşı Vüqarla çəkdirdiyi bəzi fotoları təqdim edirik.
*****
10:28
Sumqayıtda ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Sumqayıtın Heydər Əliyev prospektində "VAZ 21015" və "Geely" markalı iki minik avtomobili toqquşub. Nəticədə "VAZ 21015"də olan sərnişinlərdən 1991-ci il təvəllüdlü Orucov Vüsal İlqar oğlu aldığı xəsarətlərdən vəfat edib. Sürücü, 1990-cı il təvəllüdlü Bağırov Siyasət Ədalət oğlu, sərnişinlər - 1993-cü il təvəllüdlü Rzayeva Aynurə Camal qızı, 1990-cı il təvəllüdlü Orucov Vüqar İlqar oğlu və onun həyat yoldaşı Orucova Tutu Ədalət qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qeyd edək ki, avtomobildə olan şəxslər bir ailənin üzvü olub. Onlar ad günü şənliyindən evə qayıdırmış.
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət