Sərçə içmək istədiyi su ilə birlikdə dondu

Mardinin Şenyuva kəndində qar və soyuq hava, insanlar kimi çöldə qalan quş və digər heyvanlara da mənfi təsir edir.
Kənddəki bir evin damında novdan axan sudan içmək istəyən bir sərçənin, su ilə birlikdə donması, görənləri kədərə boğdu. Kənddə yaşayan Şeyhmus Şan, səhər damdakı qar yığınlarını təmizləyərkən, sərçənin novdan axan suyla birlikdə donduğunu görüb. Çox kədərləndiyini ifadə edən Şan, "Əvvəl öldüyünü hiss etmədim , amma uzun müddət elə durunca anladım ki, ölüb.
Çox kədərləndim. Buna görə hər kəsin heyvanlar və quşlar üçün çölə, yem və su qoyması lazımdır” deyib. Sərçənin içmək istədiyi suyla donmuş halda şəkilini cib telefonuyla çəkən Şeyhmus Şan, bunun insanlara təsir edəcəyini düşünür.