Sərnişin də, qadın da ağlayırdı

Bir anda bu mənzərəyə milyonlar baxdı
Hadisə Çində Hainan Hava yollarına məxsus təyyarədə baş verib. Sərnişinlərə uçuş zamanı yeməklər paylanıb.
Hamı yeməklərinə girişərkən uçuş vəzifəlisi Fen Xuesongun gözünə bir sərnişindəyir. 71 yaşlı iflic xəstəsi yemək yeyə bilmək üçün qaşığı tutmağa çalışır, amma bacara bilmirdi. İflici olduğuna görə qida qəbul edə bilməyən yaşlı adamı görüncə ona yardımçı olmaq istəyən Fen Xuesong, düzlərini yerə qoyaraq, ona yemək yedizdirməyə başladı. Stuardesanın bu köməyindən duyğulanan yaşlı adamın gözyaşları sel oldu. Qadın bir tərəfdən ona yemək yedirtməyə çalışır, bir tərəfdən də adamın gözyaşlarını bir dəsmalla silirdi. Sərnişin də, qadın da ağlayırdı. Ürəkləri sızlatan bu romantik ana şahidlik edən sərnişinlər isə bu anı lentə alıblar.
Şəkilləri qısa müddətdə ictimai mediada milyonlarla adam təqib edib.
Jurnalistlərə danışan qadın Fen Xuesong, "Ona axşam yeməyini yedizdirmək istədiyimi söyləyəndə, yaşlı adam birdən ağlamağa başladı. Düyü verdim, amma ona bu qida ağır olduğundan çeynəyə bilmədi. Buna görə ona daha rahat yemək gətirdim” deyir. Hazırda Çində Fen Shenyangdan təriflə söz açırlar. Qoca sərnişin Niu isə, yerli jurnalistlərə verdiyi açıqlamada bunları söyləyir: "Mənə yeməyimi yedizdirrməyə başlayanda ağladım. O isə göz yaşlarımı və burnumu sildi. Qızın adını bilmirəm, amma yenə təşəkkür edirəm” deyir.