Sərnişin qatarında “donuz qripi”nə qarşı tədbirlər görülür
20:54 22.01.2016
Arxiv
778
“Viruslar digər şəxsin burun boşluğuna, yaxud da gözünə düşərsə, yoluxma baş verə bilər”
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun sözlərinə görə, dəmir yolu nəqliyyatı insanların kütləvi istifadə etdiyi nəqliyyat növü olduğundan sanitariya işləri burada daha intensiv aparılır:
"Son günlər Azərbaycan Respublikası ilə həmsərhəd olan ölkələrdə "donuz qripi”nin (A/H1N1 virusunun) aşkarlanması ilə əlaqədar ölkəmizdə bu virusa qarşı profilaktik tədbirlər aparılır. Bununla bağlı "Azərbaycan Dəmir Yolları”nın Həkim-Sanitar Xidməti tərəfindən Tədbirlər Proqramı hazırlanıb, qabaqlayıcı tədbirlər görülür.
Tədbirlər Proqramına əsasən, sərnişin qatarlarında, uşaq-yeniyetmə, tədris və tibb müəssisələrində, qaçqın və məcburi köçkünlərin sıx məskunlaşdığı yerlərdə sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi əməl edilməsi yoxlanılır. Dəmir yolu ərazisində yerləşən bütün obyektlərin profilaktik və cari dezinfeksiyası aparılır.
Bundan başqa, şübhəli xəstələrin müvəqqəti saxlanması üçün xüsusi palatalar ayrılıb, tibbi personalın fərdi qoruyucu vasitələrlə təmin edilməsi həyata keçirilir, dəmir yolu ərazisində "donuz qripi” xəstəliyinə qarşı profilaktik və əks-epidemik tədbirlərin həyata keçirilməsi məqsədi ilə dərman və vaksinlərin, dezinfeksiyaedici preparatların, fərdi qoruyucu vasitələrin ehtiyatı yaradılır”. N.Əzməmmədovun sözlərinə görə, artıq ölkədaxili hərəkət edən qatarlarda lazımi tədbirlər görülüb: "Həmçinin sərhəd-keçid məntəqələri gücləndirilmiş rejimə keçib. Sərnişin qatarlarında çalışan briqadalar arasında yolboyu A (H1N1) virusunun yoluxduğu şübhəli bilinən xəstələr olduqda hansı tədbirlərin görülməsi barədə təlimatlar aparılır. Yoluxucu xəstəliklərin profilaktikasında şəxsi gigiyenanın gözlənilməsinin vacibliyi barədə sərnişinlər və dəmiryolçular arasında maarifləndirmə işi, qatar heyətlərinin tibbi-sanitar biliklərinin artırılması istiqamətində işlər gücləndirilib. Şübhəli xəstələr barədə məlumatlar dərhal Həkim-Sanitar Xidmətinə təqdim olunacaq. Sərnişin qatarlarının epidemiya əleyhinə hazırlığın vəziyyəti nəzarətdə saxlanılır.
"Azərbaycan Dəmir Yolları” QSC-nin Sanitar-Karantin Müfəttişliyində "Qaynar xətt” yaradılıb. Sərnişin qatarlarında, vağzallarda, sərhəd-keçid məntəqələrində şübhəli hallar barəsində dərhal "qaynar xətt”ə məlumatlar daxil olacaq”.
Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının assistenti, infeksionist Vüqar Cavadzadə A seroqrupa daxil olan H1N1 virusunun hava-damcı yolu ilə yayıldığını deyib: "Yəni bu virus əsasən asqırma, öskürmə zamanı bir şəxsdən digər şəxsə yoluxur. Bu halda viruslar digər şəxsin burun boşluğuna, yaxud da gözünə düşərsə, yoluxma baş verə bilər. Yoluxmadan təqribən 3-5 gün sonra isə xəstəliyin ilkin əlamətləri başlayır. Yoluxdurma dövrü 7-8 gün davam edir. Xəstəliyin ağır forması 8-9 gün davam edə bilər”.
V.Cavadzadənin sözlərinə görə, "donuz qripi”nə yoluxma zamanı ilkin olaraq hərarət, quru öskürək, başda və əzələlərdə ağrıların olması, ümumi zəiflik, ürəkbulanma, qusma, bəzi hallarda ishal da müşahidə edilə bilər, ancaq ishal çox az hallarda müşahidə edilir. Xəstəliyin ağır hallarında pnevmaniya, el arasında deyildiyi kimi, sətəlcəm inkişaf edir, bu da kəskin ağciyər çatışmazlığı ilə nəticələnir.
İnsanların çox toplaşdığı yerlərin xəstəliyə yoluxma baxımından daha riskli olduğunu qeyd edən həkim-infeksionist H1N1 virusundan qorunmaq üçün əhaliyə çağırış da edib: "Qorunmaq üçün əsasən gigiyenik qaydalara əməl etmək lazımdır. Yəni əllər hər zaman təmiz olmalı, tez-tez yuyulmalıdır. Xəstəlik şübhəsi olan şəxslərdən müəyyən qədər uzaq durmaq lazımdır. Bundan başqa, bədən müqavimətini artıran dərman preparatları, yəni vitaminlər qəbul etmək lazımdır. "Donuz qripi” üçün son illər tətbiq edilən virus əleyhinə dərman preparatlarının istifadəsi məqsədəuyğun olardı”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət