Səudiyyə Ərəbistanından "İran ilə müharibə..." şərhi





Səudiyyə Ərəbistanı müdafiə naziri Məhəmməd Min Selman əl Suud, yaşanan son hadisələr səbəbiylə İranla doğrudan müharibə gözləmədiklərini açıqladı.

Nazir "Economist"ə verdiyi şərhində, "Müharibə, qətiliklə gözləmədiyimiz bir şey və ölkələri bu istiqamətə itələyən kim olursa, olsun ağılını itirib. Səudiyyə Ərəbistanı və İran arasında döyüş, bölgədə böyük fəlakətin başlanğıcı olar və bütün dünyaya əks olunar. Qətiliklə buna icazə vermərik" deyib.
Məhəmməd Min Selman əl Suud, şiə din adamı Şeyx Nimr Əl Nimrin edamının İran və Səudiyyə Ərəbistanı arasında gərginliyin daha artmasına səbəb olmayacağını sözlərinə əlavə edib.