Səudiyyəli turist: Reinada üç terrorçu vardı, biri qadın idi - Fotolar

Onlar ər-arvad boğaza tullanaraq xilas oldular
Terror hücumundan həyat yoldaşıyla birlikdə boğaza tullanaraq xilas olan məşhur iş adamı Adnan Kaşıkçının qardaşı oğlu olan Hasan Kaşıkçı, təcavüzkarların masa - masa gəzərək atəş açdığını söyləyib. 
Reinadakı terror hücumundan xilas olan adlardan biri, Səudiyyə Ərəbistanılı HƏSƏN Kaşıkçıdır. Məşhur Səudiyyə iş adamı Adnan Kaşıkçının qardaşı oğlu olan turist, həyat yoldaşı Məryəmlə birlikdə hücumdan 40 dəqiqə əvvəl Reinaya gəlib.
Baraban səsinə bənzəyən bir səs-küy eşidildiyini qey edən səudiyyəli turist, əvvəl bir masada dava düşdüyünü zənn edirlər.
Sonra gecə klubunda birdən silah səsləri yüksəlir... Həyat yoldaşının qışqırdığını qeyd edən Kaşıkçı, "Həyat yoldaşım "uşaqlarımı istəyirəm, evə getmək istəyirəm" dedi. Mən də ona "İndi cənnəti düşünməlisən" deyə qışqırdım".
"Al Arabiya"ya reportaj verən Səudiyyəli turist, Reinada atəş açan üç təcavüzkar olduğunu və bunlardan birinin qadın olduğunu ifadə edir: "Biri "niyə bizi öldürmək istəyir?' deyə qışqırdı!"
Terrorçuların olduqca təhsilli olduğuna toxunan Kaşıkçı, "Təsadüfi atəş açmadılar, masa- masa gəzib, müştəriləri vurdular. Daha sonra digər hədəflərə yönəldilər" deyir.
Səudiyyəli turistə görə, təcavüzkarlar ərəb aksentiylə danışmırdı, ancaq xarici idilər.
Boğaza tullanaraq xilas oldular
Güllələrdən qaçmaq üçün həyat yoldaşıyla birlikdə boğaza tullanan Kaşıkçı, başqa bir səudiyyəli qızın da boğaza atılmaq istəyərkən öldürüldüyünü bildirir.
Səudiyyəli turist və həyat yoldaşı, sudan çıxdıqdan sonra bir anbara sığınır. İlk iş dərhal Ciddədəki qardaşını axtarır, qurtarılmağı gözlədiklərini söyləyir və ailəsi ilə vidalaşır.
Səudiyyəli səlahiyyətlilər polislə əlaqəyə girir və Kaşıkçının yerini deyirlər. Polis tərəfindən qurtarılan turistlər, gizləndikləri yerin videosunu da internetə yükləyir.