Sibirdə donmuş mağara aslanı qalıqları tapıldı!





Sibirin şərqindəki Yakutiyada təxminən 10 min il əvvəl yaşadığı güman edilən iki mağara aslan balasının donmuş qalıqları ortaya çıxarıldı.

"Siberian Times" qəzetinin xəbərinə görə, elm adamları, ilk dəfə pozulmadan qalmış mağara aslan qalıqları tapdıqlarını açıqladı. Qalıqların, mağara aslanlarının soyunun hansı səbəbə tükəndiyinin təyin olunmasına köməkçi olması gözlənilir.
Panthera familiyasından, soyu tükənmiş bir pişik növü olan mağara aslanlarının, 10 min il əvvəlki Buzlaq dövründü Sibirdə  yaşadığı, qalıqları olan balaların da həmin növün son nümunələri olduğu sanılır. İndiki vaxtda Afrika və Asiyada yaşayan aslanların yaxın qohumu olan mağara aslanlarının, daha böyük olduqları bilinir.
Yakutiya Elmlər Akademiyası, bala mağara aslanlarını gələn  ay təşkil ediləcək bir konfransla beynəlxalq mətbuata tanıdacaq. Daha əvvəl, Alyaska və Kanadada mağara aslanlarına aid yalnız skeletlər 1tapılmışdı.