
“Şikayətlər çoxdur”
20:33 22.12.2015
Arxiv
643
“Amma Dövlət Xidməti süni qiymət artımı hallarına qarşı tədbirlər görür”

İqtisadiyyat və Sənaye Nazirliyi Mərkəzi Bankın manatın üzən məzənnə rejiminə keçirilməsi barədə qərarından sonra ticarət sahəsində yaranmış vəziyyətə dair açıqlama verib. Rəsmi məlumata görə, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında məzənnə dəyişikliyi ilə bağlı olmayan qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət tədbirləri gücləndirilib:
"Dövlət Xidməti istehlak bazarında baş verən dəyişiklikləri diqqətlə təhlil edir və manatın məzənnəsinin dəyişməsindən sui-istifadə hallarına rast gəlindiyi təqdirdə, qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir” deyə nazirlik bəyan edib.
Lakin dünən müşahidə etdiklərimiz Dövlət Xidmətinin bəyanatı ilə üst-üstə düşmürdü.
Metronun "Xalqlar Dostluğu” stansiyasının tam qarşısındakı iki aptek - "Nurel” və "Azər” Aptek qapılarını bağlamışdı. Normal vaxtda səhər saatlarından işi başlayan apteklər gündüz saat 11:30 radələri olmasına rəğmən qapılarını açmamışdı. Aşkar görünürdü ki, apteklər satışı dayandırıb.
Məsələyə aydınlıq gətirmək üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Liya Bayramova "Şərq”ə açıqlamasında nazirliyin yalnız dərmanların keyfiyyəti ilə bağlı məsələlərə baxdığını dedi. Apteklərin nədən işləməməsi ilə bağlı isə İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət etməyimizi məsləhət gördü.
Adıçəkilən nazirlikdə isə hər zamankı kimi "ötür-ötür” başladı. İctimaiyyətlə əlaqələr şöbəsi Antiinhisar Siyasəti Dövlət Xidmətinə müraciət etməyi, Xidmətdən Çağrı Mərkəzinə zəng etməyi, Çağrı Mərkəzi isə təkrar İctimaiyyətlə əlaqələr şöbəsinin üstünə "göndərdi”. Lakin sonunda şikayəti Çağrı Mərkəzinə çatdıra bildik. "Çağrı Mərkəzi”nin əməkdaşı "Şərq”ə bunları dedi:
- Dolların məzənnəsinin qalxması ilə bağlı müəyyən qiymət artımı gözləniləndir. Amma Dövlət Xidməti süni qiymət artımı hallarına qarşı tədbirlər görür. Şikayətlər çoxdur. Həddindən artıq çox zəng edən var.
"Çağrı Mərkəzi”nə apteklərin bağlı olması xəbərini verdik. Mərkəzin əməkdaşı şikayətimizi qəbul etdiyini dedi. Eyni zamanda bizdən dəqiq ünvan göstərməyimizi xahiş etdi:
- Gərək ünvanı bildirəsiniz ki, biz qeydə alaq və əməkdaşlarımız ora göndərilsin.
Dünən paytaxtın bəzi mağazalarında da süni qiymət artımı müşahidə edilib. Məsələn, Masazırda yerləşən "Qurtuluş-93” yaşayış massivinin ərazisindəki "Ucuz market” və "Dostlar market”də srağagünədək 1 manat 10 qəpiyə satılan çay 1 manat 50 qəpiyə, 1 manat 90 qəpiklik siqaret isə 2 manat 50 qəpiyə satılırdı.
Masazır-Novxanı yolundakı kiçik marketlər isə ümumiyyətlə, qapılarını bağlamışdı. Antiinhisar Siyasəti Dövlət Xidmətinin əməkdaşları gedib yoxlaya bilər.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Müctəba Xameneinin “sakit” yaşaya biləcəyinə inanmır
15:54 10.03.2026
Dünya
Tramp: İranla danışıqlar aparmağımız mümkündür
15:31 10.03.2026
Dünya
“Azərbaycan hava məkanı qlobal uçuşların ‘qapısı’ oldu - EKSPERT
15:29 10.03.2026
Aktual
Tramp: İranla danışa bilərik
15:29 10.03.2026
Dünya
İsrail ordusu Tehrana yeni aviazərbələr endirir
15:08 10.03.2026
Dünya
İsrail ordusu Livanda Hizbullah hədəflərini vurub
13:32 10.03.2026
Dünya
Yazarlar süni intellektə etiraz etdi: “Boş kitab” nəşr olundu
13:05 10.03.2026
Dünya
Mən "Qarabağ"dan gedəcəyimi demədim - Koxalski
12:57 10.03.2026
Futbol
Əmək Məcəlləsi və pensiya qanunlarında dəyişiklik edildi
12:51 10.03.2026
Gündəm
Məşhurlar imiclərini yenilədi - Sarışın oldular
12:50 10.03.2026
Şou
İqlim böhranı: Atmosferdəki karbon artımı sümükləri zəiflədir
12:43 10.03.2026
Sağlamlıq
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
12:32 10.03.2026
Media
Gürcüstanda yanacaq bahalaşıb
12:12 10.03.2026
İqtisadiyyat
Netanyahu: İran rejimini devirmək xalqın əlindədir
12:10 10.03.2026
Dünya