Şirməmməd Hüseynovun yarımçıq qalan işlərini kim davam etdirəcək? - AÇIQLANDI
10:41 27.06.2019
Arxiv
652
Bir neçə gün öncə dünyasını dəyişən Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü,Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynov ömrünün sonuna kimi araşdırmlarını davam etdirib.
Bundan sonra tədqiqatçının işlərini kimin davam etdirəcəyini öyrənmək üçün Ş.Hüseynovun qızı ilə əlaqə saxladıq.
Professorun qızı, Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova Lent.az -a bildirib ki, Şirməmməd Hüseynov dünyasını dəyişən günə kimi iş başında olub: "Onun elə günü yox idi ki, araşdırma aparmasın, yazmasın. Demək olar ki, bu hal son günə kimi davam edib. Təbii ki, biz onun yarımçıq qalan işlərini başa çatdıracağıq. Mənim anam onun ən birinci məsləkdaşı idi. O da jurnalist, gözəl publisistdi. Hər cəhətdən atama kömək edirdi. Ona görə bilirəm ki, anam yarımçıq işlərin aparılmasında iştirak edəcək. Onun çox yaxşı tələbələri olub, davamçıları var. Onlarla daim əlaqədə idi. Hətta iki cilddən ibarət bir kitab da hazırlamışdı. Həmin kitablar da nəşr olunacaq. Yəni atamın işi davam olunacaq”.
L.Hüseynova bildirib ki, atası son tələbələrindən biri olan, hazırda Bakı Dövlət Universitetində çalışan Samir Xalidoğlu ilə hər zaman əlaqədə olub, danışıb:
"S.Xalidoğlu Bakı Dövlət Universitetində işləyir. Hər cəhətdən onunla iş görürdü. Samir onun dediklərini can-başla icra edirdi. Yəqin ki, bundan sonra da yarımçıq qalan işlərini davam etdirməkdə iştirak edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB
16:05 02.10.2026
Gündəm
YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib
16:03 02.10.2026
Siyasət
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - VİDEO
15:54 02.10.2026
Cəmiyyət
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
15:49 02.10.2026
Elm və Təhsil
Qayınanası Pünhana 1 kilo yarım qızıl taxdı - VİDEO
15:42 02.10.2026
Şou