Şiş qarnında partladı

April Heath, tamamilə yaxşılaşmaq üçün günlərini sayır
24 yaşlı müəllimə şagirdlərindən qrip virusuna yoluxduğunu düşünərkən yaşadıqları az qala ölümünə səbəb olurdu.
"Daily Mail”in xəbərinə görə, 24 yaşlı müəllimə April Heath şagirdlərindən qrip virusuna yoluxduğunu düşünürdü. Həkimə gedən Aprilə  qulaq infeksiyası diaqnozu qoyuldu. Ancaq istifadə etdiyi dərmanlara baxmayaraq, baş gicəllənməsi və yorğunluğu davam etdi. Başqa bir həkimə gedən gənc müəllimənin əslində qan azlığı olduğu təsbit edilib. Tədqiqlər sonrasında həkimlər gənc müəllimənin qarınında xoş xassəli xərçəng olduğunu, bu şişin partladığını və yavaş - yavaş yayılaraq ölümə apardığı məlum olub. Qan nəqli və əməliyyatlar sonrasında indi yaxşılaşma müddətində olan April Heath, tamamilə yaxşılaşmaq üçün günləri sayır.