Sistemli iş qurulmalıdır
20:32 12.01.2016
Arxiv
551
Yaşlı kadrların işdən uzaqlaşdırılması boşluq yaradacaq
"Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) yaşlı dosentlər işdən çıxarılacaq”. Bu barədə ali məktəbin rektoru Ədalət Muradov deyib. Onun sözlərinə görə, universitetdə 917 nəfər müəllim çalışır və bu rəqəm çoxdur: "Yaşı 70-dən yuxarı, elmi dərəcəsi olmayan, habelə yaşı 75-dən yuxarı dosentlərin işdən çıxarılması nəzərdə tutulur. Yalnız professorlar istədikləri qədər universitetdə çalışa biləcəklər”.
Rektor əlavə edib ki, rəsmi rəqəmlərə görə, universitetin məzunlarının 38 faizi 1 ay müddətində işlə təmin olunub. Ə.Muradovun addımını şərh edən Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı "Şərq”ə bildirib ki, bunun üçün öncə gənc kadrlar hazırlanmalıdır. Çünki gənc kadrlar hazırlanmasa, yaşlı kadrların işdən uzaqlaşdırılması boşluq yaradacaq: "Bizdə belə bir tendensiya var. Əvvəlcə dovşanın qulağını kəsirlər. Sonra da baxırlar ki, dovşan elə tək qulaq imiş. Yəni əvvəlcədən tədbirli davranmaq lazımdır. Bu yaxınlarda mediadan oxuyuram ki, Nəqliyyat Departamenti ləğv olunur. Amma onun yerinə hansısa bir prosedur hazırlanmayıb. Bu baxımdan düşünürəm ki, öncə kadrlar hazırlanmalı, sonra yaşlı kadrlar işdən uzaqlaşdırılmalıdır. Təəssüf ki, bu illər ərzində gənc kadrların hazırlanması ilə bağlı dövlət heç bir iş görmədi. Neftdən gələn gəlirlərimiz təhsil inkişafı istiqamətinə yönəlmədi və sonda belə nəticənin, mənzərənin şahidi olduq”.
Həmsöhbətimiz söyləyib ki, kadrların gəncləşdirilməsi zəruridir: "45 yaşından yuxarı yaşı olan kadrlar daha çox köməkçi funksiyanı yerinə yetirməlidirlər. Amma birbaşa təhsil prosesində onların tədris həyata keçirməsi məqsədəuyğun hesab olunmur. Bu, aydın məsələdir. Amma onları çıxarıb yerini boş saxlamaq olmaz. Bunun üçün də sistemli iş qurulmalıdır. Düşünürəm ki, dövlət təhsil islahatlarını gerçəkləşdirərkən çox diqqətli olmalıdır. Yenə də ehtiyatlı davranılmalıdır. Ona görə ki, təhsil hər bir ölkənin onurğa sütunu rolunu oynayır. Məxsusi olaraq, bu, kiçik dövlətlərdə aydınca görünür”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat