SOCAR rəsmisindən maraqlı açıaqlama: Neftin litri Azərbaycana 20 dollara başa gəlir
14:27 25.01.2016
Arxiv
616
"Əminik ki, müəyyən müddətdən sonra neftin qiyməti yenə qalxacaq". "APA-Economics"in xəbərinə görə, bu barədə SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun İsveçrənin SRF kanalına müsahibəsində deyib.
"Neftin ən kəskin bahalaşması Ərəb-İsrail müharibəsində və ya İran Respublikası təsis olunanda yox, 1920-ci ildə bolşeviklər Bakıya daxil olanda baş vermişdir, çünki o dövrdə dünya neft hasilatının ¼ hissəsi Bakının payına düşürdü. Biz əminik ki, neftin qiyməti yenə qalxacaq", - deyə E. Nəsirov qeyd edib.
Jurnalistin "Neftin qiymətinin aşağı düşməsi sizi narahat edirmi" sualına vitse-prezident bu cür cavab verib: "Qətiyyən yox".
"Neftin qiyməti çox fərqli faktorlardan asılıdır, bu isə qiymət inkişafının proqnozlaşdırılmasını olduqca çətinləşdirir. Əlbəttə ki, iqtisadi məsələlər müəyyən rol oynayır, lakin ölkələrarası münasibətləri tənzimləyən siyasi amillərin də təsiri var. Neftin qiyməti 20 dollara düşə bilər, lakin bu qiymət uzun müddət qalmaz, çünki neft sahəsinə yatırılan investisiyanın azaldılması hiss olunacaq. Bu gün bir sıra hasilatçılar nefti çox aşağı maya dəyəri ilə hasil edə bilir. Buna baxmayaraq, təklif yenə tələbat səviyyəsindən aşağı düşəcək", - deyə E. Nəsirov bildirib.
E. Nəsirov deyib ki, Azərbaycanda neft hasilatının maya dəyəri 25 dollardan aşağıdır: "Sirr deyil ki, biz nefti quruda və dənizdə hasil edirik. Neft hasilatının maya dəyəri də fərqlidir. Quruda köhnəlmiş yataqlardan nefti hasil etmək, əlbəttə, dənizdə olan yeni yataqlardakı hasilatdan daha çox xərc tələb edir. Beləliklə, neftin hasilatı bizə orta hesabla 20 dollara başa gəlir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi