Son 18 ildə Azərbaycanda nə qədər ana və uşaq ölümü olub?
11:53 13.06.2019
Arxiv
664
"2018-ci ildə hər 1000 nəfər diridoğulana 11,1 promil körpə ölümü, hər 100 min nəfər diridoğulana isə 17 ana ölümü düşüb. Bu da 12,2 promil təşkil edir”.
Bunu APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova deyib.
O bildirib ki, 2000-ci ildə hər 1000 nəfər diridoğulana 16,4 promil körpə ölümü, hər 100 min nəfər diridoğulana 37,6 promil ana ölümü düşüb: "Bu rəqəmlər onu deməyə əsas verir ki, Azərbaycanda ana və uşaq ölümlərinin sayı kifayət qədər azalmaqdadır.
BMT-nin Uşaq Fondu və Ümumdünya Səhiyyə Təşkilatı da Azərbaycan ana və uşaq ölümlərinin sayının azaldıldığını, bu sahədə çox böyük irəliləyiş əldə edildiyini qeyd edir. Aidiyyəti dövlət qurumları, habelə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hamiləlikdən əvvəl, hamiləlik dövrü, ananın öz sağlamlığına necə riayət etməli olması barədə ciddi maarifləndirmə işləri aparılır.
Eyni zamanda, ailənin digər üzvlərinin də maarifləndirilməsinə çox böyük ehtiyac var. Çünki onlar vaxtlı-vaxtında hamilələrin müayinə və müalicəsinə şərait yaratmalıdırlar”.
A.Veysəlova qeyd edib ki, Dövlət Komitəsi tərəfindən hər bir ana və uşaq ölümü ilə bağlı araşdırma aparılır: "Bəzi hallarda qadın və ya kişi ailə həyatı qurmamışdan qabaq, açıq və gizli formada hansısa xəstəliklər keçirir və buna əhəmiyyət vermirlər. Lakin bu, yeni doğulanların səhhətinə birbaşa təsir edir. Onu da xüsusi qeyd etməliyəm ki, 2015-ci ildən Ailə Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, cütlüklər evlənmədən öncə məcburi qaydada tibbi müayinədən keçirlər. Ana və uşaq ölümlərinin sayının azalmasında qanunvericiliyə edilmiş dəyişikliyin çox böyük rolu var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya
Tovuzda 26 yaşlı qadın itkin düşüb - FOTO
16:07 17.08.2026
Hadisə
Donald Tramp: İranla müharibəni dayandırmağa tələsmirəm
15:44 17.08.2026
Dünya
Azərbaycanın dənli bitki ixracı 54%-ə yaxın artıb
15:20 17.08.2026
İqtisadiyyat
ABŞ və İran atəşkəsin uzadılması barədə razılığa gəldi
15:10 17.08.2026
Son dəqiqə
Ukrayna səfiri dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
15:03 17.08.2026
Siyasət
İran Omanla Hörmüz boğazı üzrə danışıqları davam etdirir
14:45 17.08.2026
Dünya
Artur Ovannisyan: KTMT-dən asılı qalmaq niyyətində deyilik
14:15 17.08.2026
Gündəm
İranda Xəzərlə bağlı beştərəfli görüş keçiriləcək
13:55 17.08.2026
Dünya
Növbəti köç karvanı Xocavəndə çatdı - YENİLƏNDİ
13:50 17.08.2026
Gündəm
Şərif Trampı təriflədi: Cəsarətli lider…
13:39 17.08.2026
Dünya
Rusiya Türkiyəni Qərbdən uzaqlaşdırmaq istəyir - Hasan Oktay
13:02 17.08.2026
Gündəm
İran Bərzaninin ofisini vurdu
12:31 17.08.2026
Dünya