SON XƏBƏR: İki liderin qarşı-qarşıya “gətirilməsi” gərginliyə yol açdı
08:59 11.04.2019
Arxiv
729
Ukrayna prezidenti Pyotr Poroşenko seçkinin 21 apreldə keçiriləcək ikinci turu üçün maraqlı reklam lövhəsi hazırlatdırıb. Seçki təbliğatı üçün hazırlanan lövhədə Poroşenko və Rusiya lideri Vladimir Putinin fotoları üz-üzə əks olunub. Fotoda Poroşenko və Putinin qarşı-qarşıya "gətirilməsi” iki dövlət arasında gərginliyə yol açıb.
"Poroşenko Zelinskini Putinin agenti olaraq göstərməyə cəhd edib”
Reklam lövhələrinin paytaxtın küçələrində yayılmasından sonra əvvəlcə Ukrayna mediasından, daha sonra isə Moskvadan sərt reaksiyalar gəlməyə başlayıb. Ölkə mətbuatı iddia edib ki, Poroşenkonun təbliğatını təşkil edən qrupun məqsədi yumorist Zelinskini Kremlin casusu olaraq təqdim etməkdir. Həmçinin, vurğulanıb ki, reklam lövhəsində Rusiya prezidenti Putinin fotolarının istifadə olunması Kreml rəhbərinin hüquqlarının tapdanmasıdır.
"Heç kim reklamın hazırlanması üçün Putindən icazə istəməyib”
Gərginliyin artmasından sonra Poroşenkonun təbliğatını aparan qrup yazılı bəyanat yayıb: "Əlbəttə, bunu edərkən Putindən icazə almamışıq. Amma bizi daha çox təəccübləndirən məqam Ukraynada Putinin haqlarını qoruyan siyasətçilərin həddindən artıq çox olmasıdır. Bunu anlamaqda çətinlik çəkirik”.
"Biz Putini qanuni səsvermə ilə seçirik. Ukraynalıların seçimini isə yaxın günlərdə görəcəyik”
Məsələyə Rusiya tərəfindən də açıqlama verilib. Prezident Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Ukraynada yaşanan prosesləri diqqətlə izlədiklərini bəyan edib: "Bilirsiz, biz Putini xalqın iradəsi əsasında, qanuni səsvermə yolu ilə seçirik. Ukraynalılara gəlincə isə, onların seçimi necə başa vurduqlarını yaxın günlərdə görəcəyik”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya