Sosial şəbəkələrdə videonun yayılması ictimai rəyi aldatmaq cəhdidir - DİN
15:22 03.08.2019
Arxiv
490
“Sumqayıtda təqribən dörd il öncə baş vermiş qətlin polis əməkdaşları tərəfindən guya zorla bir nəfərin boynuna qoyulması, buna görə ona işgəncə verilməsi barədə sosial şəbəkələrdə yayılmış videogörüntü, həmin kadrlarda bu sahədə “ixtisaslaşmış” bloqgerin və döyüldüyünü söyləyən şəxsin iddiaları növbəti dəfə ictimai rəyi aldatmağa yönəlmiş uğursuz cəhddir”.
Bunu APA -ya Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə deyib.
Onun sözlərinə görə, hadisə bu gün baş veribmiş kimi yayımlanıb: “Cəmiyyətin belə neqativ hallara həssaslığını bilərək süni yolla gündəm yaratmağa xidmət edən belə feyk görüntülərlə indi ictimaiyyəti çaşdırmaq, polisin işgüzar nüfuzuna və imicinə xələl gətirmək fikri olduqca primitiv bir taktikadır.
Əslində videoda xüsusi canfəşanlıqla və məqsədyönlü şəkildə “istismar” olunan qəsdən adam öldürmə hadisəsi 2016-cı il martın 22-dən 23-ə keçən gecə şəhərin 13-cü mikrorayonunda baş verib. Hadisə ilə əlaqədar şəhər Polis İdarəsi və prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu dərhal hadisə yerinə çıxıb, təxirəsalınmaz tədbirlər həyata keçirilib, müvafiq ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib. Faktla bağlı şəhər prokurorluğunda CM-in 120.2.2-ci maddəsilə cinayət işi qaldırılıb”.
O. Mansurzadə deyib ki, qətl baş verən ərəfədə hadisə yerinə yaxın ərazidə görünmüş bir sıra şəxslər, o cümlədən sonradan özünü xəstəxana çarpayısına yıxmış, polis əməkdaşlarının guya “işgəncə metod”larından ağızdolusu danışan, məlum videonun təzə, köhnə və əsas “qəhrəmanı” olan şəhər sakini, elə həmin məkanda yaşayan Rəşad Abbasov şübhəli şəxs qismində Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə gətirilib.
“O, mövcud qanunvericiliyin tələbləri gözlənilməklə sorğu-sual edildikdən sonra, həmin ağlır cinayətdə iştirakı müəyyən edilmədiyinə görə sərbəst buraxılıb və bu proses 2-3 saat ərzində yekunlaşıb. Daha sonra peşəkarlıqla həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətdiyinə, yəni N. Məmmədovu qətlə yetirdiyinə görə B.Atamalıyev adlı şəxs tutularaq istintaqa cəlb olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi həmin qətldə və digər cinayətlərdə təqsirli bilərək 2016-cı il noyabrın 10-da B.Atamalıyevi 19 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib.
Ancaq R. Abbasov o vaxt kimlərinsə sifarişini yerinə yetirərək qanuni əsaslarla aparıldığı, zəruri hüquqi prosedurlar başa çatdıqdan sonra sərbəst buraxıldığı bölmədə guya işgəncəyə qaldığını iddia edir, o zaman ən müxtəlif instansiyalara bununla bağlı müraciətlər də göndərib. Həmin müraciətlər əsasında DİN-in aidiyyəti xidməti və şəhər prokurorluğunda dəfələrlə araşdırmalar aparılsa da, şikayətçinin qeyd etdiyi hallar öz təsdiqini tapmayıb.
Hazırda onun fiziki təsirə məruz qalması barədə iddialara məhkəmə qaydasında baxılır. İndi okeanın o tayında olan bloqger tərəfindən təqribən dörd il əvvəl çəkilmiş videogörüntülərin yenidən yayımlanması “polis zorakılığı”na dair ya mövzu qıtlığından, ya da asayiş keşikçilərinin cəmiyyətdəki yüksək nüfuzuna, polis-vətəndaş münasibətlərinin daha da yaxınlaşması istiqamətindəki uğurlara kölgə salmaq istəyindən irəli gəlir”, - o qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət