Sosial Tədqiqatlar Mərkəzinin kollektivi ilə ADA Universitetində görüş
10:10 25.07.2019
Arxiv
388
ADA Universitetində Sosial Tədqiqatlar Mərkəzinin (STM) kollektivi ilə görüş keçirilib.
Mərkəzin mətbuat xidmətindən "Sherg.az"a verilən məlumata görə, görüşdə STM İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc rəhbərlik etdiyi qurumun missiyası, vəzifələri, fəaliyyət istiqamətləri və formalaşmaqda olan kollektivi haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Prezident İlham Əliyev ölkədə dövlət-vətəndaş münasibətlərinin daha da təkmilləşməsinin vacibliyini nəzərə alaraq, Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqqında Fərman imzalayıb.
Dövlətimizin başçısı Azərbaycanda cəmiyyət və dövlət arasında mövcud olan etimad və dialoqun möhkəmləndirilməsinin başlıca istiqamətlərindən olan ictimai rəy institutunun ən müasir dünya təcrübəsi əsasında formalaşdırılmasını, bu sahənin elmi ənənəyə çevrilməsini zəruri hesab edib. İctimai rəy nümunəsində dövlət quruculuğu işinə bütün cəmiyyətin fəal cəlb olunması STM-nin görəcəyi işlərin əsas xəttini təşkil edəcək.
ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev istənilən sahədə yeni fəaliyyət qurulmasının çətin, eyni zamanda, şərəfli olduğunu vurğulayıb.
Bu sahədə ADA Universitetinin keçdiyi yol və əldə etdiyi təcrübə haqqında fikirlərini bölüşüb, peşəkar kadrların cəlb edilməsinin, tədqiqatçı kollektivin formalaşmasının vacibliyini vurğulayıb.
Hafiz Paşayev cəmiyyət həyatında müxtəlif sahələrin uğurlu inkişafının müəyyən edilməsində ilk olaraq ictimai rəyin öyrənilməsinin vacibliyini vurğulayıb.
Bu baxımdan kadr hazırlanmasında ən fundamental sosial institut olan təhsil sahəsinin strateji istiqamət kimi diqqət mərkəzində saxlanılmasını tövsiyə edib. ADA Universitetində təhsillə bağlı sosioloji sorğulara böyük əhəmiyyət verildiyini, bəzi mövzular üzrə universitetdaxili ictimai rəy sorğuları keçirildiyini diqqətə çatdırıb.
Hafiz Paşayev Azərbaycanda kadr hazırlığında, məktəbli və gənclərin gələcək peşə, ixtisas seçimində təhsil mühitinin əvəzsiz rolunu qeyd edib. Qabaqcıl dünya təcrübəsində ixtisas seçiminin məktəb yaşlarından: zamanın çağırışlarını nəzərə almaqla, ilk növbədə, istedad və qabiliyyəti aşkara çıxarmağa imkan verən təhsil/məktəb mühitinin formalaşdığını vurğulayıb. ADA Universitetinin rektoru STM-lə bu istiqamətdə birgə tədqiqat layihəsinin həyata keçirilməsini də tövsiyə edib.
Görüşdə rektor Hafiz Paşayev STM əməkdaşlarının suallarını cavablandırıb, müxtəlif məsələlər ətrafında müzakirələr aparılıb.

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat