STM-də Çin nümayəndə heyəti ilə görüş keçirilib - FOTOLAR
12:32 06.08.2019
Arxiv
572
05 avqust 2019-cu il tarixində, Sosial Tədqiqatlar Mərkəzində Azərbaycanda səfərdə olan Çin Sosial Elmlər Akademiyasının (ÇSEA-CASS), Siyasi Elmlər İnstitutunun direktoru, Çin Xalq Siyasi Məşvərət Konfransının üzvü, “Social Sciences Abroad” ( “Xaricdə Sosial Elmlər”) jurnalının baş redaktoru, professor, Zhang Shuhuanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş geçirilib. Görüşdə Konfutsi İnstitutunun (ADU) direktoru Rafiq Abbasov, Çin tərəfindən Konfutsi İnstitutunun direktoru Li Jihua iştirak edib.
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin Sədri, millət vəkili Zahid Oruc nümayəndə heyətini salamlayaraq, görüşün həm iki ölkə arasında mövcud olan elmi əməkdaşlıq və dostluq münasibətlərinə, həm də, sosial tədqiqatlar sahəsində birgə fəaliyyət göstərmək məramına xidmət etdiyini vurğulamışdır. Dövlət başçımız prezident İlham Əliyevin bu ilin aprel ayında Çin paytaxtında keçirilən “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirakının ölkələrimiz arasında münasibətlərin inkişafı üçün əhəmiyyətini xatırladıb. Mərkəzin İdarə Heyətinin Sədri görüşün həmçinin, dünyanın ikinci iqtisadi gücü kimi Çin təcrübəsinin və eyni zamanda Cənubi Qafqazın ən islahatçı və inkişaf edən dövləti olan Azərbaycanın siyasi, iqtisadi sahədə islahatlarla bağlı təcrübəsinin qarşılıqlı mübadiləsi baxımından əhəmiyyətini vurğuladı. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT)“Dialoq üçün tərəfdaş” statusuna malik olduğunu, Çinin “Bir kəmər və bir yol” qlobal layihəsi çərçivəsində fəal əməkdaşlıq etdiyini diqqətə çatdıran Mərkəz rəhbəri sosial tədqiqiatlar sahəsində qarşılıqlı elmi əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini də qeyd etdi.
STM İdarə Heyətinin sədri rəhbərlik etdiyi Mərkəzin fəaliyyət istiqamətləri haqda ətraflı məlumat verdi.
Çin Sosial Elmlər Akademiyasının Siyasi Elmlər İnstitutunun direktoru professor Zhang Shuhua-rəhbərlik etdiyi nümayəndə heyətində, bir neçə ixtisaslaşmış akademik institutun, həmçinin Sosiologiya institutunun əməkdaşlarının təmsil olunduğunu bildirdi. ÇSEA haqda məlumat verərək, onun 1977-ci ildə yaranmasını, hazırda burada 37 elmi tədqiqat institutunun, 4000 tələbənin təhsil aldığı Universitetin və 5 nəşriyyatın olması haqqında məlumat verdi.
Çin dövlətinin sosial siyasəti, sosial islahatlar proseslərinin dinamikası sahəsində dünyada özünəməxsus təcrübəsinin xüsusiyyətlərindən bəhs olundu və bir sıra vacib məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşün sonunda STM və CSEA arasında elmi əməkdaşlığın perspektivləri, birgə tədqiqat layihələrin həyata keçirilməsi ilə bağlı fikirlər səsləndirildi və bu istiqamətdə konkret fəaliyyət planının hazırlanması təklif olundu.
Siyasi Elmlər İnstitutunun direktoru, professor Zhang Shuhu STM İdarə heyətinin sədri Zahid Orucu Çin Sosial Elmlər Akademiyasına elmi ezamiyyətə dəvət etdi. Dəvət məmnuniyyətlə qəbul olundu.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi