“Şükür Allaha, səsim batmayıb”
21:01 11.01.2016
Arxiv
1004
Elnarə Abdullayeva heyranlarının narahatçılığına son qoydu
Əməkdar artist Elnarə Abdullayevanın səsinin batdığı xəbəri sənətçinin pərəstişkarlarını narahat edib. Hətta xanəndənin səhnədən birdəfəlik getdiyi də bildirilib. Söz-söhbətlərə görə, həkimlər onun bir daha oxuya bilməyəcəyini deyiblər. Bir verilişin anonsu isə narahatlığı bir qədər də gərginləşdirib.
Xatırladaq ki, illər öncə evində baş verən faciə nəticəsində Əməkdar artistin gözləri və səsi tutulubmuş. Xanəndənin növbəti dəfə də səsində belə bir problemlə üzləşməsi onu sevənlərin, mətbuatın da diqqətindən kənarda qalmayıb. Elnarə Abdullayevanın özü ilə əlaqə yaradıb səhhəti ilə maraqlandıq: "Şərq”ə açıqlama verən xanəndə "A bacı, inan ki, iki gündür telefonlarımız susmur. Hamı zəng vurub soruşur ki, sənə nə olub? Səsin niyə batıb? Hətta toyuna hazırlaşdığım toy sahibləri də narahat olmağa başlayıb, zəng vururlar ki, Elnarə xanıma deyirlər toya gedə bilməzsiz. Məni sevən insanlar, mənim yaxınlarım, rayonda yaşayan qohumlarım da narahat olublar. Zəng vururlar. Toy sahibələrini də başa düşürəm ki, müğənni ilə əvvəldən danışıblar,
beh veriblər. Maraqlanırlar ki, oxuya biləcəm, ya yox. Mən mətbuat nümayəndələrinə, efirə hər zaman hörmətlə yanaşmışam. Başa düşürəm ki, maraq yaratmaq üçün bu kimi xəbərlərə, verilişlərin anonslarına ehtiyac olur. Amma məni də, məni sevən insanları da nəzərə alsalar, yaxşı olar. Verilişin anonsuna baxanda özüm da çaşdım. Yəni sizin qəzet vasitəsilə fürsət tapıb məni sevən, mənim üçün narahat olanlara bildirirəm ki, şükür, səsim yerindədir. Səhhətim də normaldı. Düzdü, bu xəbərə sevinənlər də oldu yəqin, amma səsimin batmasını gözləyənlər, bu qədər sevinməyin. Şükür Allaha, səsim yerindədir” söylədi.
Tahirə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat