Süni qiymət artımına görə daha 4 cinayət işi başlanıb
18:00 19.01.2016
Arxiv
196
Un və yağın qida üçün yararsız olduğu müəyyənləşib
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı "Qaynar xətt” əlaqə mərkəzinə, o cümlədən bilavasitə daxil olmuş vətəndaş müraciətlərinin araşdırılması ilə əlaqədar Sumqayıt, Mingəçevir, Ağstafa, Xaçmaz şəhərlərində İqtisadiyyat Nazirliyinin əməkdaşları ilə birgə reydlər keçirilib.
İqtisadiyyat Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən Lent.az-a daxil olan məlumatda bildirilir ki, reydlər zamanı həmin şəhərlərdəki iri topdan satış mərkəzlərindən nəzarət qaydasında alınmış yerli istehsala aid olan müxtəlif markalı un, yağ və yumurta məhsullarının ölçüsü, çəkisi, qiyməti, istehlak xüsusiyyəti və keyfiyyətinin uyğunluğunun yoxlanılması məqsədilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində kompleks məhkəmə fiziki-kimyəvi, bioloji və əmtəəşünaslıq ekspertizaları keçirilib.
Müəyyən edilib ki, qiymətləri süni şəkildə qaldırılmış Ağstafa şəhərində yerləşən "Beş mərtəbə market” dən alınmış un, "İki qapılı market”dən alınmış un və yağ, Xaçmaz şəhərində yerləşən "Eko Mart market”dən alınmış un, "Sərfəli Market”dən alınmış yağ, Mingəçevir şəhərində fiziki şəxs- Babaxan Bağırova məxsus mağazadan alınmış un, Sumqayıt şəhərində yerləşən "Rahat market”dən alınmış un məhsulları orqanoleptik əlamətlərinə və fiziki-kimyəvi göstəricilərinə əsasən standartlara cavab vermir və qida üçün yararsızdır.
Mövcud standartlara cavab verməyən ərzaq mallarının qiymətlərinin süni şəkildə qaldırılması ilə vətəndaşların hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmalarına şübhələr üçün əsaslar olduğundan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həmin faktlarla bağlı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 200.1-ci (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddələri ilə ayrı-ayrılıqda 4 cinayət işləri başlanmışdır.
Hazırda cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir, istintaqın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Həmçinin, bu cür hallarla qarşılaşan vətəndaşlara Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı və İqtisadiyyat Nazirliyinin 195-2 saylı "Qaynar xətt” əlaqə mərkəzlərinə müraciət etmələri tövsiyə edilir.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bir daha sahibkarlıq subyektlərinə, bütün fiziki və hüquqi şəxslərə süni qiymət artımı, məqsədli mal qıtlığının yaradılması, inhisarçılıq, korrupsiya və digər qanunsuz hallarına yol verməməyi tövsiyə edir və bu kimi hallara yol verən təxribatçılar, işbazlar, dəllallar barəsində qanunla nəzərdə tutulmuş ən ciddi cəza tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət