Sürətli yürüş: Alimlər ömrü uzatmağın effektiv yolunu açıqlayıb
20:46 04.06.2018
Arxiv
552
Sürətli yürüş asta gəzinti ilə müqayisədə insan həyatını daha effektiv uzadır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə müvafiq təhqiqat "British Journal of Sports Medicine” jurnalında dərc olunub. Sidney Universitetinin alimləri İngiltərə və Şotlandiyada 50 min 225 insanın müayinəsindən əldə olunan məlumatlar əsasında təhlillər aparıblar. Tədqiqat iştirakçıları mütəxəssislərə piyada gəzinti zamanı hansı tempi (yavaş, orta, yaxud sürətli) daha çox sevdiklərini bildirib. Alimlər yaş, cins, ümumi fiziki aktivlik və bədən çəkisinin indeksi kimi faktorlar nəzərə alınmaqla, əldə olunan məlumatları tədqiq ediblər. Məlum olub ki, asta yerişlə müqayisədə orta temp vaxtsız ölüm riskini 20 faiz, sürətli temp 24 faiz azaldır. Habelə gəzintinin müsbət təsiri 60 yaşdan yuxarı insanlarda daha çox nəzərə çarpır. Belə ki, orta temp ürək-damar xəstəliklərindən ölüm riskini 46 faiz, sürətli temp isə 53 faiz azalda bilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aleksandr Vuçiç sentyabrın sonunda istefa verəcək
15:53 11.09.2026
Dünya
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
15:45 11.09.2026
Gündəm
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
15:29 11.09.2026
İqtisadiyyat
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
15:05 11.09.2026
Gündəm
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
14:37 11.09.2026
Hadisə
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya