Sürpriz qərar: Ronaldonun forması təqaüdçü oldu

"Real Madrid"li ulduz futbolçu Kristiano Ronaldonun forması təqaüdçü oldu. Portuqaliyalı futbolçunun hələ  uşaqkən formasını geydiyi, futbola addım atdığı klubu olan "El Andorinha", 30 yaşlı oyunçuyla əlaqədar qeyri-adi bir qərar verdi.
Klubun idarə heyəti yığıncağından çıxan qərara görə, bundan sonra Kristiano Ronaldoya hörmət olaraq komandada 7 nömrəli forma istifadə edilməyəcək. 8-10 yaşları arasında iki il bu klubda forma geyən Ronaldo  Portuqaliyanın qürur duyulacaq adıdır.