Tam 615 sərnişin daşıyacaq

Bu təyyarə xüsusi bir kabin dizayn sayəsində rekord qırdı
Hazırda dünyanın ən çox sərnişin daşıyan təyyarəsi olan "Airbus A380”, Emirates Hava Yolları tərəfindən reallaşdırılan xüsusi bir kabin dizayn sayəsində rekord qırdı.
"First Class” sərnişin hissəsinin ortadan qaldırılmasıyla təyyarədə tam 615 sərnişin daşına biləcək. Normalda bir "A380”də bu ədəd 517 nəfərdir. Ön hissədəki kresloların götürülməsi və 58 nəfərlik bir "business” hissədən başqa təyyarənin tamamilə biznes sinifinə çevrilməsiylə əldə edilən yeni kabin böyük bir sərnişin daşıma üstünlüyü əldə edir. Xüsusi dizayn sayəsində kreslolar arasındakı məsafənin də qısaldılmadığı açıqlandı.