"TANAP iqtisadiyyatmızın inkişafına yardımçı olacaq"






"TANAP-ın Azərbaycan iqtisadiyyatına müsbət cəhətdən təsirləri çox olacaq”

Bunun "Sherg.az”a TANAP layihəsin ölkə iqtisadiyyatına təsirlərindən danışarkən millət vəkili, iqtisadçı Vahid Əhmədov bildirib.

Onun sözlərinə görə, bu, çox əlverişli bir layihədir:

"1994-cü ilin 20 sentyabrında bağlanan "Əsrin müqaviləsi” XX əsrin, TANAP isə XXI əsrin kontraktı adlanır. Bu lahiyəyə təqribən 40 milyarda yaxın sərmayə qoyub. Azərbaycan qaz ehtiyatları ilə çox zəngindir. Bəlkə, 100 illərlə Azərbaycan bu layihələr vasitəsi ilə xarici ölkələrə qaz ixrac edəcək. Ölkəmizin bu cür layihələr vasitəsi ilə qaz ixrac etməsi sevindirici haldır. Çünki, neftlə yanaşı qazdan da gəlirlərin gəlməyi iqtisadiyyatmızı daha da gücləndirir. Beləliklə də, əhalinin həyat səviyyəsi və ölkə xərcləmələri daha da yaxşılaşır. TANAP iqtisadiyyatmızın inkişafı üçün əlavə vəsaitin cəlb olunmasında yardımçı olacaq. 

Bu lahiyə vasitəsi ilə xarici ölkələrə qaz ixrac etməyin iqtisadi cəhətləri ilə yanaşı siyasi tərəfləri də var. TANAP layihəsində iştirak edən ölkələr Azərbaycanda sabitliyin qorunmasına çalışacaqlar. Hər zaman ölkəmizin müstəqil siyasət yürütməyini arzulayacaqlar. Çünki bu layihədə aparıcı ölkə Azərbaycandır. Avropa və ABŞ bu layihəni dəstəkləyir”.

Kənan Eynuroğlu