Tanınmadan dəfn edilən şəhidlərlə bağlı YENİ QƏRAR
13:42 24.07.2019
Arxiv
427
1993-1994-cü illərdə Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı həlak olaraq tanınmadan İmişli rayonundakı “Şəmmədli” qəbiristanlığında dəfn edilmiş şəhidlərə aid məzarlarla bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının Azərbaycan Respublikasının Baş prokuroruna müraciətinə əsasən, Bakı Hərbi Məhkəməsi tərəfindən 14 iyun 2019-cu il tarixli Qərar qəbul edilib.
Bu barədə "Sherg.az"a Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qərara uyğun olaraq, “Şəmmədli” qəbiristanlığında 9 naməlum məzarda dəfn edilmiş şəhidlərə aid meyit qalıqlarının ekshumasiyası nəzərdə tutulur.
Cari il iyul ayının 23-də meyit qalıqlarının ekshumasiyası və tibbi-genetik ekspertizasının keçirilməsi istiqamətində işlərə başlanılıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Dövlət Təhlükəsizliyi Xidməti, Respublika Hərbi Prokurorluğu və Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT-Birliyi tərəfindən yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə həyata keçirilən prosesin yekunları barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynanın Baş naziri Yuliya Sviridenko istefa verib
22:20 13.07.2026
Dünya
"Erməni soyqırımı" layihəsi: Knesset təxirə saldı
22:02 13.07.2026
Dünya
Slovakiya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
21:34 13.07.2026
Siyasət
Məsud Pezeşkian Rusiyanın energetika nazirini qəbul etdi
20:46 13.07.2026
Region
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belarusda rəsmi səfərdədir
20:39 13.07.2026
Hərbi
Anna Akopyan Efiopiyaya ezam olunacaq
20:24 13.07.2026
Dünya
Bakı-Qars aviareysləri iyulun 30-dan başlayır
20:13 13.07.2026
Aktual
Tramp: Hörmüz boğazına nəzarəti ələ keçirəcəyik
20:08 13.07.2026
Gündəm
Muhsin Yazıcıoğlu işi üzrə 25 şübhəli saxlanılıb
20:05 13.07.2026
Hadisə
AB Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
19:50 13.07.2026
Dünya
Füzulidə yanğınlar zamanı mina partlayışları baş verib
19:42 13.07.2026
Hadisə
Ermənistanı sülhdən uzaqlaşdırırlar - ŞƏRH
19:15 13.07.2026
Gündəm