“TAP qaz boru kəməri çox əhəmiyyətli layihədir”
20:26 22.01.2016
Arxiv
674
Bu barədə Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində məlumat verilib
"Trans-Adriatik” (TAP) qaz boru kəməri çox əhəmiyyətli layihədir. ANS PRESS-in məlumatına görə, bu sözləri Böyük Britaniyanın BP şirkətinin baş icraçı direktoru Robert Dadli Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Yunanıstanın dövlət naziri Nikos Pappas ilə keçirdiyi görüşdə deyib.
R.Dadli bildirib ki, bu il "Cənub” qaz dəhlizinin mühüm hissəsi olan TAP boru kəmərinin tikintisi həyata keçiriləcək. Bir neçə ilə bu boru kəmərindən qaz nəqlinə başlanılacaq.
BP-nin baş icraçı direktoru deyib: "Cənub” qaz dəhlizi dünyanın ən böyük infrastruktur boru layihəsidir. Bu dəhliz Azərbaycan qazını Gürcüstan vasitəsilə Türkiyəyə və buradan da Yunanıstana, sonra isə İtaliya və Albaniyaya nəqlini nəzərdə tutur. BP bu layihənin iştirakçısı olmaqdan məmnundur”.
"Cənub” qaz dəhlizi dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Azərbaycanın "Şahdəniz-2” yatağından hasil olunacaq qazı Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı "Cənub” qaz dəhlizi Cənubi Qafqaz Boru Kəməri (CQBK), Trans-Anadolu qaz boru kəməri (TANAP) və TAP qaz boru kəmərlərindən ibarətdir.
Uzunluğu təxminən 870 kilometr olan TAP boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TAP layihəsi Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.
TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), Snam S.p.A. (20 faiz), Fluxys (19 faiz), Enagas (16 faiz) və Axpo (5 faiz).
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət