Tarixi gün: İrana qarşı sanksiyalar ləğv edilir
12:25 16.01.2016
Arxiv
533
Tehranla "altılar” arasında (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü+Avropa İttifaqı) ötən il əldə edilmiş nüvə razılaşmasına əsasən bu gün İrana qarşı bütün iqtisadi sanksiyaların, o cümlədən neft ixracı ilə bağlı sanksiyaların ləğv ediləcəyi gözlənilir.
Virtualaz.org xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Vyanada jurnalistlər qarşısında elan edib. Cavad Zərif İranla "altılar” arasında nüvə razılaşmasının yerinə yetirilməsinin vəziyyətinə dair hesabatı müzakirə etmək üçün ABŞ dövlət katibi Con Kerri və Aİ-nin xarici siyasət üzrə Ali nümayəndəsi Federiko Moqerini ilə görüşə gedib.
Görüşdə BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin ekspertlərinin İranın nüvə razılaşmasının şərtlərini yerinə yetirməsinə dair hesabatı müzakirə olunacaq. Hesabat açıqlanmasa da məlum olub ki, orada İranın üzərinə götürdüyü öhdəliklərin hamısını yerinə yetirdiyi əksini tapıb. Belə ki, İran 11 ton zənginləşdirilmiş uranı ölkə ərazisindən çıxarıb və Rusiyaya göndərib, bir sıra nüvə reaktorlarını betonlayıb. Nəticədə İrana qarşı tətbiq edilmiş bütün ticari-iqtisadi sanksiyalar,o cümlədən neft ticarəti ilə bağlı məhdudiyyətlər götürülməlidir.
"Bu gün təkcə iran xalqının deyil, bütün Yaxın Şərqin, hətta dünyanın tarixinə düşəcək. İrana qarşı bütün məhdudiyyətlər bu şənbə günündən etibarən ləğv ediləcək”-Cavad Zərif bildirib. İran xarici işlər naziri deyib ki, nüvə anlaşması və sanksiyaların ləğvi regionda təhlükəsizliyin möhkəmləndirilməsi üçün yeni imkanlar açacaq.
Gözlənilir ki, Vyana danışıqlarının yekunu olaraq tərəflər birgə bəyanatla çıxış edəcəklər. Sanksiyaların götürülməsinin ardınca İran artıq yaxın günlərdə Avropa İttifaqı ölkələrinə neft ixracını bərpa edə biləcək. İran hökuməti artıq vəd edib ki, sanksiyaların ləğvindən sonra gündəlik neft ixracını 1 milyon barrel artırmaq imkanına malikdir.
Ekspertlərə görə İrana qarşı sanksiyaların ləğvi dünya birjalarında neftin daha da ucuzlaşması üçün əlavə təzyiq elementi olacaq. Artıq bu həftənin sonunda birjalar İrana qarşı sanksiyaların ləğvinin gözlənildiyinə dair xəbərlərin təsiri altında idi və neftin 30 dollarlıq psixoloji həddən də aşağı düşərək 29 dollar həndəvərində qərarlaşdı.
Gözlənilir ki, bu gün İrana qarşı sanksiyaların ləğvi rəsmən elan ediləndən sonra gələn həftənin ilk günündə neft daha sürətlə ucuzlaşacaq və 20 dollarlıq psixoloji həddə doğru geriləyəcək. Çünki hazırda bazarda neftə tələbat təklifdən 1-2 milyon barrel azdır. İranın neft ixracını artırması qiymətin daha da aşağı düşməsini qaçılmaz edəcək. İran bildirir ki, neftin qiymətinin ucuzlaşmasına baxmayaraq ixracı artıracaq. Çünki bu ölkədə neftin hasilatının maya dəyəri çox aşağıdır, təxminən 3-4 dollardır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət