TƏCİLİ ! Diametri 100-300 metr olan asteroid sürətlə yerə yaxınlaşır – Alimlər toplaşdı

"O yerə düşərsə, bir milyard ton həcmində dağıdıcı enerji yaradar ki, bu da Xirosima bombasından 70 min dəfə çox enerji deməkdir"



Çox böyük ölçüdə olan bir asteroid sürətlə yerə yaxınlaşır.

"Sherg.az” "lefigaro.fr”ə istinadən xəbər verir ki, bu barədə NASA-nın administratoru açıqlama verib. O qeyd edib ki, bu, bir "Hollywood” filmi deyil:

"Bildirmək istəyirəm ki, bu, misli görünməmiş bir haldır. Xəbərdarlıq edirik ki, bu hadisə baş verə bilər. Onun qarşısının alınmasının yolu odur ki, yer planetini qorumaq lazımdır. Yəqin, hər kəs Çelyabinsk superbolidinin dağılmasını xatırlayır. 

20 metr ölçüsü olan bu meteor 2013-cü ildə Rusiyanın Çelyabinsk vilayəti üzərində partlamışdı. Minlərlə insan xəsarət almışdı. XX əsr ərzində 3 dəfə belə hadisə baş verib.

2019-cu ilin 29 mart tarixində NASA-dan o da bildirilib ki, yeni asteroidin diametri 100-300 metr arasındadır. Yerdən 50 milyon kilometr uzaqlıqdadır. 

O yerə doğru sürətlə irəliləyir. Bu gedişlə 2027-ci ildə yerə düşə bilər. Düzdü, hazırda onun təhlükəlilik riski 1 faizdir. Amma o yerə düşərsə, bir milyard ton həcmində dağıdıcı enerji yaradar ki, bu da Xirosima bombasından 70 min dəfə çox enerji deməkdir.

Qeyd edək ki, məhz bu məsələyə görə, ötən həftə Amerikada ekspertlərin 6-ci konfransı keçirilib. Onlar bu katastrofdan qorunmağın yollarını müzakirə ediblər.

Tərcümə etdi: Ayyət Əhməd