Təhsil turizminə son verilir
21:43 08.01.2016
Arxiv
923
Rusiya, Ukrayna, Gürcüstan universitetlərinin filiallarında oxuyanlar hərbi xidmətə çağırılacaq
Təhsil Nazirliyi hərbi xidmətdən möhlət hüququ verən xarici ali təhsil müəssisələrinin siyahısını Nazirlər Kabinetinə göndərib. Siyahıda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nda yer alan bütün xarici ali təhsil müəssisələri, eyni zamanda nüfuzlu reytinq siyahılarında adı olan ali məktəblərin adı yer alıb. Eyni zamanda, Rusiya, Ukrayna, Gürcüstan universitetlərinin filiallarının hamısının adı siyahıdan çıxarılıb.
Təhsil Nazirliyinin müvafiq qərarını şərh edən Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayevin sözlərinə görə, bu addım nazirliyin adı siyahıdan çıxarılan universitetlərinin verdiyi ali təhsilə güvənməməsi ilə əlaqəli ola bilər: "Sözün açığı, bu məsələ pedaqoji məsələ olmadığı üçün konkret bilgim yoxdur. Hər halda bu fakta nazirlik özü aydınlıq gətirməli və həmin ölkələrin adını niyə siyahıdan çıxardığına dair açıqlama verməlidir. Mən heç nə deyə bilmərəm”.
Təhsil Nazirliyinin mətbuat xidməti isə telefonlarımıza cavab vermədiyi üçün açıqlama ala bilmədik. Nazirlik sözçüsü həmişəki kimi yenə də "məşğul” idi.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc isə əvvəla ordan başlayıb ki, Milli Məclis tərəfindən təhsil qanunvericiliyinə edilən bir dəyişikliyin cəmiyyətdə yanlış anlaşılması üzündən iqtidar əleyhinə olan media orqanlarının nə qədər qıcıq doğurduğunu gördük. İndiki reallıqda devalvasiya, iqtisadi maliyyə problemləri fonunda həmin qərarların aydınlaşdırılmasına isə bir o qədər də cəhdlər olmadı. Ancaq məsələ bundan ibarətdir ki, Azərbaycan dövlətinin yeritdiyi siyasət xaricdə təhsili dayandırmaqdan ibarət deyil. Guya ki, hökumət müəyyən büdcə gərginlikləri səbəbindən, yaxud da həmçinin xaricdə təhsil alanların dünyagörüş şərtlərini, qanunçuluq mövqelərini təhlükə saydığı üçün belə bir addım atıb: "Konkret sualınıza gəldikdə isə onu deyə bilərəm ki, Tələbə Qəbulu Dövlət Komitəsinin keçirdiyi qəbul imtahanlarından kənarda qalanlar Rusiyanın özündə belə tanınmamış, heç bir ciddi infrastruktura malik olmayan universitetlərdə guya təhsil alırlar. Belə olan halda isə dövlət üçün ikitərəfli ziyan olur. Həm orada təhsil alan oğlan uşaqları hərbi xidmətdən yayınırlar, digər tərəfdən də 4 ildən sonra həmin universitetləri bitirən məzunların hamısı gəlib, Təhsil Nazirliyindən diplomlarının tanınmasını istəyirlər”.
Hələlik qeyd olunan informasiyanın yalnız media orqanlarında öz əksini tapdığını vurğulayan millət vəkilinin sözlərinə görə, bu barədə rəsmi açıqlama olduğu təqdirdə bir parlament üzvü kimi bu qərarı müdafiə edəcəyini deyib: "Əgər burada əsas niyyət, məram gənclərimizin normal təhsil almasından, onların qabiliyyətli kadr kimi yetişməsindən, ölkənin dövlət qulluğu sistemini irəliyə çəkmələrindən ibarətdirsə, heç kəsin buna qarşı çıxmaq haqqı yoxdur. Amma çox təəssüflər olsun ki, uzun illər ölkənin içərisində bu və ya digər formada prosesdən yayınmalar və ya burada mövcud olan təhsil "vəba”sı, təhsil "taun”unun qanunsuz yollarla özlərinə cəlb etdikləri insanların sanki ünvanı dəyişib. Onlar Rusiya, Ukrayna və Gürcüstana köç ediblər. Amma bu təhsil turizmindən başqa bir şey deyil və elə mahiyyətcə də təhsilə deyil, turizmə xidmət edir. Nə onların özləri, nə də dövlət üçün bir əhəmiyyəti var”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat