Tələbə yoldaşının boğazını kəsmişdi

Qatil o dəhşətli dəqiqələri anlatdı
Bolunun Gerede qəsəbəsində qrup yoldaşı 21 yaşlı Dilay Gülün boğazını kəsərək öldürən Uğur Aydemir, o dəhşətli dəqiqələri izah etdi. Türkiyəni kədərə qərq edən universitet tələbəsi Dilay Gül cinayətinin detalları ortaya çıxmağa başladı.
Qatil şübhəlisi Uğur Aydemir prokurora verdiyi ifadədə cinayəti işlədiyini qəbul edərkən, hadisədən sonra bir şey xatırlamadığını söylədi. Şübhəli, "Saat 22.50 radələrində Dilayla birlikdə məktəbdən çıxdıq. Dilay dayanacağın yanına gəldiyi zaman "Səni yataqxanaya düşürmək istəyirəm” dedim. Təklifimi qəbul etdi. Birlikdə gedərkən Dilay ilə sevgilisi telefonla danışırdılar. Mən onlar danışdıqdan sonra Dilaya eşq elan etdim. Dilay təklifimi qəbul etmədi. Sevgilisi olduğunu söylədi. Məktəbin qarşısındakı yolda gedərkən, şalvarımın cibində olan bıçağı əlimə aldım. Psixoloji narahatlığımdan ötəri bəzilərinin mənimlə məşğul olduğunu düşündüyümdən bıçağı əlimə almışdım. Bura qədər olan şeyləri xatırlayıram. Ancaq ondan sonra etdiklərimi xatırlamıram” deyə əlavə edib. Cinayətdən sonra 20 metr gedib geriyə qayıtdığını bildirən Uğur Aydemir, "Dilay yerə yıxıldıqdan sonra 20 metr gedib geri gəldiyimi xatırlayıram.
Lahmacun salonuna doğru getdim. Başım qarışmışdı və geri döndüm. Oradan çəmənlərin içindən aşağı doğru endim.
Çantanı, bıçağı və paltarımı yelləyib atdım” dedi. Psixoloji müalicə aldığını söyləyən qatil şübhəlisi, ifadəsinə belə davam edir: "3 ildir psixoloji müalicə alıram, həkimə gedirəm. Müalicə üçün həb istifadə edirəm. Üzümdəki və boyundakı dırnaq və yara izlərinin necə və nə vaxt olduğunu xatırlamıram. Dilay Gülü öldürdüyümü qəbul edirəm. Çox peşmanam. Psixoloji müalicəmi davam etdirmək istəyirəm, müalicə görsəm yaxşılaşa bilərəm.”