Teleleviziya və radio işciləri "Persona" mükafatı ilə təltif olundu - Foto

Noyabrin 6-sı Tv və radio günü münasibəti ilə Mətbuat firması ənənəyə sadiq qalaraq növbəti dəfə "Persona" mükafatının təqdimetmə mərasimini gerçəkləşdirdi. 
"Sherg.az" xəbər verir ki, "Romance Palace"da keçirilən tədbirə ötən il tv və radio sahəsində uğur qazanmış teleradio işciləri dəvət olunub. Tədbirin aparıcıları Sədaqət Rəşidqızı və Zabir Əliyev idi. "Persona" mükafatının baş sponsoru 25 illik yubileyini qeyd edən "Soliton" şirkəti, sponsor "X lady" təşkilatı dəstəkçilər "Azərsun" Holdinq, "Cepro" estetik klinikası, "Ogansiya" məhsulları, "İydə" parfum, "Orli və Azəri" production idi.
Mərasimdə 40-a yaxın tv və radio işciləri xüsusi diplom və müxtəlif hədiyyələrlə təltif olundu. Mükafat alanlar sırasında İlhamiyyə Rzayeva(Xəzər TV) , Lalə Azərtaş, Mətanət Əliverdiyeva, Vüsalə Əlizadə, Aytən Səfərova, Zülfiyyə Hüseynova(Atv), Sayqa Cahid, Elgiz Əkbər(ARB), Kamran Həsənli, Günel Həsənzadə( Space TV), Anar Orucov( Space radio), Alidə Mustafayeva(İTV), Mətanət Firuddinqızı, Aygun Qulamqızı( Lider Tv) , Elnarə Sadiqova(100.5 FM)Vüqar Əlisoy , Rəşad İlyasov ( Az TV) və başqaları da vardı. Tv və radio işcilərindən başqa "Persona" mükafatına layiq görünənlər arasında tədbirin dəstəkşiləri də vardı. Tədbirin təşkilatcısı Sədaqət Rəşidqızı tədbirə dəstək olan hər bir kəsə öz təşəkkürünü bildirdi.
Tahirə