Terim məmnundur: İlk təbrik Mourinyodan gəldi





Dünya futbolunun ən məşhur baş məşqçisi Joze Mourinyo, Fateh Terimi və türk millilərinin haqqını verdi.

Türkiyə çalışdırıcısı, matçın ardından təbriklər gəldiyini ifadə edərək, "Çelsi”nin baş məşqçisinin, "(Uzatmaları nəzərdə tutaraq) 6 dəqiqə də uzatma olarmı? Möhtəşəm oynadınız” mesajı göndərdiyini söylədi.

Fateh Terim, Hollandiya bərabərliyinin ardından oyunçularını həm təriflədi, həm də tənqid edənlərə mesaj verdi. Terim, "Taktika tənzimləmədə çox doğru şeylər etdik. Mənim tərzim deyildi bəlkə, amma belə oynamaq məcburiyyətindəydik. Taktiki cəhətdən və psixoloji mənada doğru şeylər etdik. Qapıçımızın qucağına gələn top Huntelaarın başına dəyib qol oldu”-dedi.

Fateh, ilk mesajın Mourinyodan gəldiyini vurğulayaraq, "6 dəqiqə də uzatma olarmı? Möhtəşəm oynadınız” dediyini bildirdi.

Mətbuat konfransında da, "Bu gün itirsəydik türk futbolu batmayacaqdı, qazansaydıq da türk futbolu xilas olmayacaqdı, amma futbolumuzun irəliyə getməsi və müəyyən problemlərini həll etməyimiz lazımdır” ifadəsini istifadə edən Terim, "Qrupda şansımız davam edir. 5 xal bizim, 7 xal Hollandiyanın... Biz "Qazaxıstan” və "Çexiya” ilə kənarda oynayacağıq, amma üç oyunu içəridə oynayacağıq. Latviya və Hollandiya matçları Konyada olacaq” dedi.