“Titanik”in qəhramanından 20 il sonra etiraf gəldi

1997-ci ildə Leonardo Di Kaprio və Keyt Uinsletin iştirak etdiyi əfsanəvi film nümayiş olunur. Unudulmaz filmlər arasında yer alan "Titanik”in baş rol ifaçısı Keyt Uinslet qatıldığı bir proqramda etiraf edib. "Titanik” filminin uzun müddət müzakirə olunan son səhnəsiylə əlaqədar bir açıqlama da filmin məşhur aktrisası  Keyt Uinsletdən gəlib.
Kanadalı rejissor Ceyms Kameronun "Titanik” filmiylə beynəlxalq şöhrət qazanan ingilis aktrisa Keyt, filmdə canlandırdığı Rouz xarakterini 20 il sonra tənqid edib... Şouya qatılan aktrisa filmin finalında "Rouz da, Cek Douson da o dağıntı parçasından xilas ola bilərdi” səhnəsinin xatırlanmasına qarışıq, "Bilirəm, bəli hər ikisi də xilas ola bilərdi. Rouzin sevgilisini ölümə tərk etməsini mən də bağışlamıram” deyib. Bu sözlər, salonda gülüş və alqışlarla qarşılanıb. 
İnsan əliylə hazırlanmış böyük və ən dəbdəbəli üzən gəmi olan "Titanik” yola çıxdı. Batmaz, sarsılmaz deyilən bu böyük lüks reys gəmisində səfər etmək 20-ci əsrin möhtəşəm bir yuxusu idi. Ancaq bu böyük yuxu yalnız 4.5 gün davam edəcək və xatirəsini bir sonrakı əsrə belə daşıyacaq böyüklükdə kabusa çevriləcəkdi. Bütün zamanların ən çox seyr edilən film olan "Titanik”in kamera arxası görüntüləri adamı təəccübləndirir. Əfsanəvi film 70-çi Oskar mükafatları mərasimində ən yaxşı film, rejissor və mahnı da daxil olmaqla 11 nominasiyada bütün mükafatları qazanmışdı.
Turan