Toy şəkili Atatürkə bənzədilərək paylaşıldı, minlərlə adam profil şəkili etdi

43 yaşlı Koray Edinin həyatı, toyundan sonra çəkdirdiyi bir fotonun böyük öndər Mustafa Kamal Atatürkə bənzədilərək minlərlə adam tərəfindən paylaşılmasından sonra dəyişdi.
Özəl bir şirkətdə satış meneceri olan, bir uşaq atası Koray Edin və həyat yoldaşı, paylaşılan fotonun altına davamlı şərh yazaraq düzəltmək üçün nə qədər çalışsa da da, ictimai mediadakı şəkilin Atatürkə deyil, Koray bəyə aid olduğuna inandıra bilməmişdilər. Reportyor Tarkan Kaynarın, ictimai mediada israrla paylaşılan şəkildəki "əsl adam"la etdiyi reportaj belədir:
-Şəkili Atatürkə bənzədilərək minlərlə adam tərəfindən paylaşılan biri olaraq nə hiss edirsiniz?
-Açığı çaşmışım. Zarafat kimi, bir baxıram heç gözləmədiyim yerlərdən tweetlər, fotolar gəlir.
-Necə bir həyatınız var?
-Templi. İşim belədir - həftənin 2-3 günü uçuram, səhər 7 təyyarəsiylə başlayıb axşam İstanbula dönürəm. Hədəfim həyat yoldaşımla beş il sonra Heyvalığa yerləşmək və bir kitab yazmaq istəyirəm.
NİKAHDAN SONRA ÇƏKİLDİ
-Nə vaxt çəkildi bu məşhur foto?
-Bu bizim nikahımızdan sonra İstiqlal prospektində həyat yoldaşımla gedərkən çəkilən  şəkilimizdən  kəsilmiş bir hissədir. 24 avqust 2003-cü ildir. Bir 10 noyabr günü İnstaqramda "Atam, icazədəyəm" deyərək paylaşdım. Özümü Atatürkə bənzətmək ağılımdan belə keçməmişdi. Əlimdə siqaretim olduğu üçün Atatürkə mesaj göndərmə duyğusu içərisində elə bir paylaşma etdim.
-İlk anda necə reaksiyalar gəldi bu paylaşmaya?
-Yoldaşlarım bəyəndilər filan deyərkən, qısa müddət içərisində bir çox mesaj gəlməyə başladı. "Ya Koray, sənin şəkilin hər yerdə paylaşılmağa başlandı, millət profil şəkili edir" filan şəklində məni xəbərdar etdilər. Hətta Paskal Nouma belə altına "Bax xarizma budur" yazıb Atatürk zənn edərək paylaşmışdı. Beləcə sürətlə çoxaldı təbii...