Toya bomba düşdü, “möcüzə uşaq” yandı

O, elmi kəşfiylə NASA-yı ziyarət etmək hüququ qazanmışdıBir gəlin və kürəkəni ilə bərabər, Sanabaninin nənəsi və atası, xalası, iki əmisi və bir neçə əmisioğlu həyatını itirmişdi
Yəmənin "möcüzə uşaq” olaraq adlandırdığı 15 yaşlı Abdullah əl-Sanabani, Səudiyyə reaktivlərinin hava hücumu nəticəsində yandı.
Sanabani, ayağını və barmaqlarını itirə bilər. İnsan haqqları pozuntularıyla gündəmə gələn və minlərlə vətəndaşın həyatını itirməsinə gətirib çıxaran Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya, bu dəfə Yəmənin "möcüzə uşağı” 15 yaşlı Abdullah el-Sanabaninin yanmasına səbəb oldu. 2012-ci ildə elmi kəşfiylə beynəlxalq bir yarışmayı qazanan və NASA-yı ziyarət edən Sanabani, ayağını və barmaqlarını itirə bilər. "Reuters”in xəbərinə görə, Sanabani, Səudiyyə reaktivlərinin 7 oktyabrda vurduğu toyda iştirak edirmiş. Sanabaninin hücumda qohumlarını itirdiyi ifadə edilərkən, İordaniyada bir xəstəxanada müalicə alan "möcüzə uşaq”, elmi işlərinə Yəməndə davam edib, etməyəcəyi sualına, "İnşallah” cavabını verib. Sanabaninin atası Kais, oğulunun vəziyyətiylə əlaqədar, "Bədəninin təxminən yüzdə 45 faizi yanıb. Sağ əlindəki beş barmağı və sol ayağı yandı. Həkimlər onların kəsilib, kəsilməyəcəyini müzakirə edir” deyib.
Səudiyyə reaktivlərinin toy qırğınında bir gəlin və kürəkəni ilə bərabər, Sanabaninin nənəsi və atası, xalası, iki əmisi və bir neçə əmisioğlu həyatını itirmişdi. Hücumda 15-i uşaq olmaqla 43 nəfər olub.