Toyuq sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
11:44 25.07.2019
Arxiv
510
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları daxil olmuş məlumat əsasında Xudat şəhəri, H.Əliyev prospektinin yaxınlığında fəaliyyət göstərən quş kəsimi sexinə baxış keçirib.
Bu barədə "Sherg.az"a qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, baxış zamanı heç bir dövlət qeydiyyatı olmadan, qanunsuz fəaliyyət göstərən sexdə qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. 41 kq soyulmuş toyuq cəmdəyi aşkar olunan emal sahəsində toyuqların texniki-normativ tələblərə əməl edilmədən, kustar üsulla kəsildiyi, antisanitar şəraitdə tükdən təmizləndiyi, uzun müddət aliminium çanaqlarda baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən şəraitdə saxlanıldığı aşkarlanıb.
Məlum olub ki, sexdə hazırlanan toyuq məhsullarının satışı heç bir etiketlənmə aparılmadan pərakəndə şəkildə həyata keçirilir. Aşkar olunmuş nöqsanlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və sexinin fəaliyyəti məhdudlaşdırılıb.
İstehsal olunan məhsullardan nümunələr götürülərək ekspertizanın aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat