“Tramp Corc Buşun səhvini təkrarlayır, Ərdoğan isə...” – Şərh





"Bir müddət əvvəl ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Ankarada olarkən məruz qaldığı diplomatik qalmaqal dünyanın gündəmini zəbt etdi.Donald Trampın müşaviri Ankarada prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilməkdən imtina edildi.Ərdoğan onun tərəf müqabilinin özü deyil,baş köməkçisi İbrahim Kalın olduğunu bildirdi.Kor-peşman qalan Bolton isə təkcə Kalınla görüşdü və Ankaranı tərk edərək İsrailə qayıtdı”.

"Sherg.az” xəbər verir ki, bu barədə "Qərbi Kaspi” universiteti nəzdində fəaliyyət göstərən Tətbiqi Politologiya Mərkəzinin ekpserti Zeynal Əmrəliyev bildirib.

Ekspert qeyd edib ki, C. Boltonu səfər zamanı ABŞ Qərargah rəisləri birləşmiş komitəsinin rəisi Cozef Danford və Dövlət Katibinin Suriya üzrə özəl təmsilcisi Ceyms Ceffri,Türkiyə tərəfdən Kalını isə xarici işlər nazirinin müavini Sədat Önal,milli müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu,Milli Kəşfiyyat Xidmətinin rəis müavini Cəmaləddin Çelik müşayiət edib:

"Bolton Kalınla görüşdü.Ancaq bu, çox süni alınan bir görüş idi.Açıq məsələ idi ki, Bolton Ərdoğana tələblərini diqtə etməyə gəlmişdi.Ancaq Ərdoğanda ona yerini göstərdi.Ərdoğanı özündən çıxaran isə Boltonun İsraildə olarən Türkiyəni Suriyanın şimalındakı kürdləri öldürməkdə ittiham etməsidir.Bu hadisə Ankrara-Vaşinqton arasında olan diplomatik gərginliyi daha da artırdı.Tramp Türkiyə ilə münasibətləridə səhv edir. Hər şeyin ən böyük səbəbi də budur.Vaşinqton hələ də,daha doğrusu Tramp administirasiyası Türkiyəyə yarım müstəmləkəsi kimi baxmaqdan əl çəkimir. Ərdoğan elə həmin gün partiyasının qrup toplantısında Boltonun şərtlərini qəbuledilməz adlandırdı.Tramp Corc Buşun səhvini təkrarlayır. Ərdoğan isə Putinin yolu ilə gedir. 

Vaxtilə Vladimir Putində Rusiyada hakimiyyətə gələrkən ölkədə Qərbin gücünü sıfıra endirib,ABŞ-ın ölkədəki bütün tərafdarlarını məhv edib. Putinin Mixayıl Xodorkovski kimi Qərbin yaratdığı və dəstəklədiyi iş adamlarını məhv etməsi də bunun nəticəsi idi. Onun bu siyasətini Ərdoğan da davam etdirir. Aydın Doğan nəinki Türkiyədə,bütün regionda ABŞ-ın ən böyük maşası idi.Düzdü Ərdoğan Doğanı Xodorkovski kimi həbsə atmadı,ancaq kankret olaraq əlindəki hər şeyi alınaraq oyundan kənar edildi.Vaxtilə Rusiyada Putinin bunu etməsinə səbəb Buşun yeni "avtoritar lider"ilə dil tapa bilməməsi idi.Trampla Ərdoğanın problemi də elə buna görədir”.


Ekspert hesab edir ki, Ərdoğan öz iddiasını ortaya qoyub və bunu da həyata keçirib: " "Bura keçmiş Osmanlı torpaqlarıdır,yeni sultanda mənəm". 

Türkiyə osmanlı mülkü olmuş ətraf əraziləri öz nüfuzunu salmaq istəyir və alır da.Artıq regionda İran-Türkiyə-Rusiya-Çin bloku yaranmaqdadır.Bu blok Suriyada konkret olaraq ABŞ başda olmaqla Qərb blokunu məğlub etdilər. ABŞ artıq öz hərbiçilərini Suriyadan çəkməyə başladı.Rusiyanın dəstəklədiyi Bəşər Əsədin legitimliyi artıq yenidən tanınmaqdadır. Sudan prezidenti Ömər əl-Bəşirin Suriya səfəridə elə buna görə idi.Əl-Bəşirin Dəməşqə sifarişlə gəldiyini hər kəsə bəlli idi.Region ölkələrində nüfuz qazanmaq üçün Türkiyənin roluna artıq çox ehtiyyac var.Zənnimcə, Tramp artıq daha çox səhfə yol vermədən Ərdoğanın könlünü almağa çalışmalıdır. Yaxşı olar ki,milyarder Ağ Evindən çıxaraq Beştəpənin "qapısını döysün".Münasibətləri yaxşı tutmaq üçün isə Fətullah Güləni türklərin öz deyimi ilə "qızıl tepsidə Ərdoğana suna bilər".Onsuz bu barədə müzakirələr gedir. Bu məsələni gecikdirmək Vaşinqtonun ziyanınadır”.