Cümşüd Nuriyev: "Onun ABŞ-ın dərin dövlətinin layihəsi olduğuna inanıram "
"Donald Tramp dünyanı mat qoyan çox ciddi layihələrin müəllifidir və onun ABŞ-ın dərin dövlətinin layihəsi olduğuna inanıram. Ona görə ki, Obama kimi birini gətirib, 8 il prezident saxlayırlarsa, deməli Trampı da saxlaya bilərlər və saxlayacaqlar da".
Bu sözləri Sherg.az-a ABŞ-ın yeni prezident D. Trampın prezidentlikdən uzaqlaşdırılması barədə danışarkən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev söyləyib.
O qeyd edib ki, Trampın vəzifədən kənarlaşdırılması nəyisə həll etmir:
" Əvvəla onu kənarlaşdırmaq çox çətin məsələdir. Çünki komandası çox güclüdür. Onların içərisində qatı şovinistlər də var, amma ağıllı adamlar da az deyil. Tramp özü klounluq edir və bu, icazəli kolunluğa oxşayır. ABŞ daha çox müsəlman dünyası ilə əlaqələrini kəsmək istəyir . Bunu da Trampın əli ilə edir. Eyni zamanda da dünyaya bir demokratik quruluş olduqlarını sübut etməyə çalışırlar. ABŞ tarixini kifayət qədər araşdırıram və hələ də bu ölkəyə inanmıram. Trampla bağlı bu məsələlər oyundu. Çox peşəkar , oturuşmuş siyasətçilər var. Dərin dövlət çox güclüdür. Tramp ABŞ-ın layihəsinə uyğun olmasa idi, onlar hakimiyyətə Hillari Klintonu gətirərdi. İndi onlar hər şeyi dəyişdirib, Trampı ölkənin başına gətiriblərsə, deməli arxasında nəysə var. Küçəyə çıxan cammat bu işdən xəbərsizdir. Dövlətin daxilində onların əlehinə olan Demokratlar partiyasının özü belə ciddi addım atmır. On görə də, bunun siyasət olmadığına inanmıram. Bu bir ağıllı və uğurlu şəkildə düşünülmüş siyasətdir".
Politoloq diqqətə çatdırıb ki, Trampın impicmenti ABŞ-ın çökməsi ilə nəticələnə bilər:
"Trampın ətrafında çox güclü qüvvələr var. Hətta Tramp onların marağına uyğun olaraq dolların uçot dərəcəsini artmağa qoymadı. Bu o deməkdir ki, ABŞ öz maraqlarına uyğun çıxış edir. Bu ölkə xarici dövlətlərə yardım ayırmaq istəmir. Onun da qabağını ancaq bu yolla ala bilərlər".
Qeyd edək ki, ” "Public Policy Polling" (PPP) şirkətinin keçirdiyi sorğunun nəticələrinə əsasən məlumat yayıb. Xəbərə əsasən, ABŞ seçicilərinin 40 faizi Trampın prezidentlikdən uzaqlaşdırlmasını istəyir.
Ayyət Əhməd